CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkim əməliyyat yerini açıb baxanda dəhşətə gəldi

CC0 / SplitShire / mad dogБешеная собака. Архивное фото
Бешеная собака. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
İt tərəfindən parçalanmış uşağın dayısı: Sabunçu xəstəxanasında iki savadsız həkim uşağı o vəziyyətdə 5 saat saxladı, axırda imtina ərizəsi yazdım.

BAKI, 3 iyul-Sputnik. Ötən gecə Bakı şəhəri, Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Şirinov Rauf Eldar oğlunu nəzarətsiz qalan it dişləyib. R.Şirinova 3 saylı Sabunçu Klinik Xəstəxanasında ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulduqdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Sputnik modern.az-a istinadla xəbər verir ki, R.Şirinov əsasən üz nahiyyəsindən xəsarət aldığından Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstəxanaya dəvət edilib.
Xəstəyə ilkin olaraq sol göz almasının kəsilmiş-cırılmış yarası, alt göz qapağının kəsilmiş-cırılmış yarası, üzün, çənənin yumşaq toxumalarının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Quduz it. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub
Xəstə gecə 23:30 radələrində şöbə müdiri tərəfindən müayinə edildikdən sonra təcili əməliyyata alınıb. Yara kosmetik cərrahiyyə olunub, hazırda xəstənin vəziyyəti kafidir.

R.Şirinovun dayısı Sahib Məmmədov uşağın səhhətinin kafi olduğunu bildirib:

"Uşaq əvvəlcə Sabunçu Rayon xəstəxanasına yerləşdirilmişdi. Mən ora çatanda onu artıq əməliyyat etmişdilər. Sabunçuda bizə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna getməyi məsləhət gördülər. Biz orda 5 saat gözlədik. İki savadsız həkim uşağı o vəziyyətdə gözlətdi, axırda mən özüm imtina ərizəsi yazdım".

S.Məmmədov bundan sonra Raufu Tibb Universitetinin Cərrahiyyə Klinikasına aparıb:

"Xəstəxanada uşağa Qurban həkim baxdı. Çox sağ olsun, balamızı bizə qaytardı. Gözünə də baxdı, yaranı da müayinə etdi. Əməliyyat yerini açıb baxanda dəhşətə gəldi. Özü yaranı təmizlədikdən sonra yenidən kosmetik əməliyyat etdi. Şükür allaha ki, uşaq indi yaxşıdır. Növbəti dəfə də avqustun 5-də vaksini etdirəcəyik. Həkim hər hansı bir təhlükə olmayacağını deyib".

Xəbər lenti
0