Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub

CC0 / Pixabay / dogQuduz it. Arxiv şəkli
Quduz it. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
47 yaşlı qadında quduzluq xəstəliyi diaqnozu aşkar edilib. 2 ay öncə sağ əlini it dişləsə də, məlumatsızlıq və biganəlikdən vaxtında səhiyyə ocaqlarına müraciət etməyən qadının vəziyyəti ağırdır.

BAKI, 25 may — Sputnik. Zaqatalanın Faldarlı kənd sakininin səhhətinə qarşı laqeydliyi ağır nəticələnib. Belə ki, 47 yaşlı qadında quduzluq xəstəliyi diaqnozu aşkar edilib. 2 ay öncə sağ əlini it dişləsə də, məlumatsızlıq və biganəlikdən vaxtında səhiyyə ocaqlarına müraciət etməyən qadının vəziyyəti ağırdır.

Hücum edən it. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi

Sputnik-in bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1969-cu il təvəllüdlü, Pəri Turacovanı, aprel ayının əvvəllərində yaşadığı kəndin ərazisində naməlum it dişləyib. İt dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və bunu adi qarşılayıb.

Bir müddətdən sonra vəziyyəti ağırlaşan Turacova rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni "Quduzluq xəstəliyinə şübhəli" diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı rayona ezam olunan ixtisaslaşmış həkim xəstəni müayinə edərək, onun xüsusi rejimli palatada saxlanılaraq simptomatik müalicəsinin davam etdirilməsini tövsiyyə edib. Hazırda P. Turacovanın müalicəsi Zaqatala RMX-nın yolxucu xəstəliklər şöbəsində davam etdirilir.

Xəbər lenti
0