Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Küveyt yığmasını Olimpiadadan qovdular

© Photo : olympics.nbcsports.comKüveyt yığması
Küveyt yığması - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.

BAKI, 3 avq-Sputnik. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Küveyt yığması iştirak etməyəcək.

Sputnik "New Straits Times"ə istinadən xəbər verir ki, İsveçrənin Vaadt kantonunun (vilayəti) məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib.

İOC ərəb ölkəsini idmana siyasi müdaxilə etdikləri səbəbindən olimpiadadan kənarlaşdırıb. İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.

Qeyd edək ki, Ərəblər İOC-dan komandanın olimpiadaya bərpası və mənəvi ziyanın qarşılığı olaraq, 886 milyon dollar ödəməsini tələb ediblər. Lakin məhkəmə buna rədd cavabı verib. Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var.

Xatırladaq ki, "Rio-2016"da avqustun 5-də yarışlar başlayacaq.

Xəbər lenti
0