Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın voleybol yığması barədə ilginc iddialar

© Photo : rekord.azKişilərdən ibarət Azərbaycan milli voleybol yığması oyun zamanı. Arxiv şəkli
Kişilərdən ibarət Azərbaycan milli voleybol yığması oyun zamanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın kişilərdən ibarət voleybol milli komandasının üzvü Elmin Alişanov: "Artıq özümüzü dilənçi kimi hiss edirik."

BAKI, 3 avq-Sputnik. Möhtəşəm Rio-de Janeyro Olimpia Oyunlarına sayılı günlər qaldığı halda ölkəni təmsil etmək üçün Braziliyaya getməli olan Azərbaycanın kişilərdən ibarət voleybol milli komandasının idmançıları Voleybol Federasiyasından şikayətçidirlər. Milli yığmanın idmançısı Elmin Alişanov Sputnik-in əməkdaşına federasiyada komandaya qarşı münasibətdən danışıb.

Voleybolçu bildirib ki, bu problem illərin problemidir:

"Bizim maddi cəhətdən həmişə çətinliyimiz olub. Həmişə dövlət tərəfindən komandaya normal pul ayrılıb. Amma bizə gəlib çıxan o pulun çox az bir hissəsi olub. Bu səbəbdən oyunçular nə normal əmək haqqı alır, nə də normal qidalana bilir. Komanda üzvləri vitaminlərlə təmin olunmalıdır, amma onu da vermirlər."

E.Alişanov bildirib ki, il ərzində xaricdə təlim məşqləri və yoldaşlıq oyunlarına getmirlər və bu səbəbdən də təcrübə toplaya bilmirlər.

"Biz yoldaşlıq oyunu anlayışından həmişə uzaq olmuşuq. Bir faktı deyim. Bu ilin may ayında Gürcüstanda Avropa çempionatının seçmə mərhələsi oldu. Biz öncə komanda olaraq ora getməkdən imtina etmişdik. Amma dövlətimizə görə, bayrağımızı orada nümayiş etdirmək üçün komandamız getməyə razılaşdı.

Qurban Qurbanov - Qarabağ FK-nın baş məşqçisi - Sputnik Azərbaycan
İDMAN
"Meydançanın vəziyyəti yaxşı deyildi"
Baxmayaraq ki, nə əmək haqqı alırdıq, nə təlim məşqlərində iştirak etmişdik, nə də vitaminlərlə təmin olunmuşduq. Bütün bunlara baxmayaraq, biz getməyə razılıq versək də, federasiya bizi yarışa bir gün qalmış qatarla 12 saatlıq yolla göndərdi. 

Bizə həmin gün getməyə 2 saat qalmış xəbər etdilər və dedilər ki, vağzala gəlin. Yol yorğunu olsaq da yarışda iştirak elədik, nə bacardıqsa etdik. İsveç komandasına 3-2 məğlub olduq. Gürcüstana 3-0 hesabı ilə qalib gəldik. İsveçrə komandasına isə 3-0 hesabı ilə uduzduq.Məşq etməməyimiz və oyun təcrübəsizliyimiz özünü göstərdi."

İdmançı bildirib ki, bütün bunlar komandaya çox mənfi təsir edir. Artıq komanda üzvlərində səbr qalmayıb. Federasiyanın komandaya belə yanaşması komanda üzvlərinə başqa çıxış yolu qoymayıb. Kişi voleybolçular ölkə prezidenti İlham Əliyevə məktubla müraciət ediblər. Müraciətin cavabını gözləyirlər.

İdmançı bildirib ki, baş verənlərdən komanda olaraq çox utanırlar.

"Komandada rayonda yaşayan üzvlərimiz var ki, onlar Bakıda təlim məşq toplantıları zamanı evlə təmin olunmurlar. Bu da problemlərə gətirib çıxarır." — deyə idmançı bildirib.

Elmin Alişanov onu da deyib ki, 2 aydır federasiya idmançılara əmək haqqı vermir. İdmançıların yaşam tərzi açınacaqlı vəziyyətdədir: "Hardan pul tapaq, necə dolanaq, bilmirik. Bütün idmançılar borc içindədir. Artıq özümüzü dilənçi kimi hiss edirik."

Xəbər lenti
0