Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın internet məkanında nə baş verir?

Abunə olmaq
Osman Gündüz: Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir.

BAKI, 2 avq-Sputnik. Bu gün saat 16.00 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəliyyətində problemlər yaranıb. Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb. 

İnternet təminatı qısa müddətdə həll olunsa da əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb.

Sputnik-in məlumatına görə, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə özünün facebook hesabında aydınlıq gətirib.

KATV1 - Sputnik Azərbaycan
Delta Telekom-un günahına görə, KATV1 üzr istədi
"Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla, həm də kommersiya şərtləri ilə öz Data Mərkəzində saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil. Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir." — deyə Osman Gündüz bildirib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, milli operatorun sistemində baş verən problemlər elektrik sistemində baş verən nasazlıqlarla da bağlı ola bilər.

"Əldə etdiyimiz məlumatlara görə şirkətin bütün texniki heyəti hazırda problemin aradan qaldırılması üçün çalışırlar." — deyə gündüz bildirib.

O qeyd edib ki, ötən il bu şirkətdə baş verən yanğından sonra onun fəaliyyətinin tamamilə yenidən və alternativlər üzərində qurulduğu, dayanıqlı bir sistemin formalaşdırıldığı ilə bağlı rəsmi açıqlamalar verilmişdi. Bütün bunlardan sonra yenidən ciddi hesab olunacaq problemlərin baş verməsi kifayət qədər düşündürücüdür.

"Düşünürəm ki, ölkənin əsas internet təchizatını və Data Center funksiyasını həyata keçirən əsas operatorun bu tip hadisələr baş verən anda ictimaiyyəti məlumatlandırması daha doğru olardı. Təəssüf ki, hələlik Delta Telecom şirkəti baş verənlərlə və onların səbəbləri ilə bağli hər hansı açıqlama yaymayıb. Rəsmi sorğular da hələlik cavablandırılmayıb." — deyə Gündüz əlavə edib.

Xəbər lenti
0