BAKI, 19 noy-Sputnik. KATV1 kabel televiziyası operatoru öz abunəçilərindən son günlər respublika miqyasında internetdə baş verən nasazlıqlara görə üzr istəyir.
Sputnik kabel televiziyasının yaydığı məlumata istinadən xəbər verir ki, KATV1-in günahı olmadan baş verən nasazlıqlar nəticəsində abunəçilər internetə tam olaraq çixışdan, o cümlədən Myvideo Smart Box qurğusundan normal istifadə edə bilməyiblər.
KATV1 ümid edir ki, gələcəkdə belə geniş miqyasda baş verən nasazlıqlar təmamilə aradan qaldırılacaq.
Ənənəvi kabel televiziyası xidmətlərindən əlavə olaraq KATV1 həmşinin 8 Mbps-dan başlayan genişzolaqlı sürətli internet xidmətləri göstərir. Bununla yanaşı son müddət ərzində KATV1 Azərbaycanda Myvideo Smart Box "ağıllı" qurğunu təqdim etmişdir. Böyük tələbat olan bu qurğu vasitəsilə müxtəlif telekanallara 10-günlük arxivasiya ilə baxmaq olur. Həmçinin bu qurğu ilə Youtube, Skype, Facebook, İnstragram sosial platformalarına çıxış olduğu üçün hər televizoru interaktiv edir.