Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün "Qarabağ" üçün qara gəldi

© pfl.azQarabağ FK
Qarabağ FK - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

BAKI, 2 avq-Sputnik. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu "Qarabağ" öz meydanında Çexiyanın "Viktoriya" klubunu qəbul edib. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparıb. Lakin Ağdam təmsilçisi bunu növbəti cəhdində də bacarmayıb.

Belə ki, səfərdə qolsuz heç-heçə edən "Qarabağ" avrokuboklarda yubiley — 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə yaxın olsa da, rəqib buna imkan verməyib.

Hesabı Muarem Muarem açıb. Bundan sonra çempionumuzun bir neçə dəfə fərqlənmək imkanı da olub. Lakin "Qarabağ"ın futbolçuları əllərinə düşən şansdan istifadə edə bilməyiblər.

Bu onlara baha başa gəlib. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Mihael Krmençik status-kvonu bərpa edib. Qonaqlar qollu heç-heçə isə növbəti mərhələyə yüksəliblər.

Nəticədə "Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb.

Məğlubiyyətə baxmayaraq, "Qarabağ" mübarizəni Avroliqada davam etdirəcək.

Xəbər lenti
0