Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın 1 ildə dolların məzənnəsi 2 manatı keçəcək

© Sputnik / Murad OrujovВклады в манатах и долларах
Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Mərkəzi Bank devalvasiyanı davam etdirməlidir.

BAKI, 2 avq-Sputnik. Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalır? Bu prosesin qarşısını necə almaq olar?

Sputnik-in bu barədə suallarını bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov cavablandırıb.

"Manat devalvasiya olduğu üçün azalır. Yəni, əhali və sahibkarlar pul ehtiyatlarını dollara çevirirlər. Banklar valyutanı ya Mərkəzi Bankdan, ya da Neft Fondundan alır. Əhali də banklardan alır. İqtisadiyyatda dollarlaşma gedir. Valyuta ehtiyatları bunun hesabına azalır" — deyə ekspert bildirib.

Manat - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manat növbəti sınaqdan necə çıxacaq?
O deyib ki, son iki ayda Mərkəzi Bankın ehtiyatlarının azalması prosesi dayanmışdı: "Ona görə ki, əvvəla banklara valyutanı Mərkəzi Bank satmırdı, Neft Fondu satırdı. Ona görə də Mərkəzi Bankın deyil, Neft Fondunun ehtiyatları azalırdı. Digər tərəfdən Mərkəzi Bank dövriyyədə olan milli valyutanın həcmini azaltmışdı, sıxmışdı. Ona görə də dollar almaq üçün əhalidə və sahibkarlarda milli valyuta az idi və ya ümumiyyətlə yox idi. Nəticədə dollar almırdılar, ona görə də ehtiyatlar azalmırdı".

O, qeyd edib ki, son iki ayda Mərkəzi Bank banklara milli valyutada kreditlər verir və o kreditlərin bir hissəsi də valyuta alqı-satqısına gedir.

Ekspert ehtiyatların azalmasının qarşısını almağın yollarını da izah edib: "Bunun bir yolu odur ki, Mərkəzi Bank devalvasiyanı davam etdirməlidir. Yəni, milli valyutanın qiyməti daha da ucuzlaşsa, nəticədə Mərkəzi Bankın ehtiyatları azalmayacaq. Dövriyyədə milli valyuta nə qədər çoxalırsa çoxalsın, əgər onun qiyməti düşəcəksə, Mərkəzi Bankdan dollar alqı-satqısının da həcmi azalacaq. Digər yolu isə odur ki, Mərkəzi Bank banklara milli valyutada kreditlər verir və o kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət lazımdır."

Ə.Həsənovun fikrincə, bizdə kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət edilmir:

"Niyə axı Mərkəzi Bankın milli valyutada banklara verdiyi kreditin əksər hissəsi valyuta alqı-satqısına gedir? Axı, kreditlər o məqsəd üçün verilmir. Kreditlər verilir ki, həmin pul ölkə iqtisadiyyatına buraxılsın, istehsala, kənd təsərrüfatına və s. Amma banklar kreditləri ora sərf etmirlər. Deməli, banklar üzərində kreditlərin təyinatı, istifadəsi üzrə lazımi nəzarət yoxdur. Belə nəzarət olsa belə, yenə də istənilən halda dövriyyədə olan milli valyutanın bir qismi dollar alqı-satqısına gedəcək".

Ekspert qeyd edib ki, yaxın 1 ildə dolların məzənnəsi 2 manatı keçəcək.

Qeyd edək ki, 2016-cı il iyul ayının 29-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 162,9 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 338,6 mln. dollar və ya 51% azdır. İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 mln. dollar və ya 2,8% azalıb.

Xəbər lenti
0