Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manat növbəti sınaqdan necə çıxacaq?

© Sputnik / Murad OrujovManat
Manat - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər iddia edirlər ki, manatın bundan artıq dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatı üçün böyük və qarşısıalınmaz problemlər yarada bilər

BAKI, 4 iyul — Sputnik. Son günlər manat Azərbaycanın əksər ticarət tərəfdaşlarının milli valyutasına nisbətən ucuzlaşmaqda davam edir. Bu, bəzi analitiklərdə dolların ilin sonuna kimi xeyli dərəcədə bahalaşacağı barədə ehtimallar oyadır.

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

Səsləndirilən fikirlər sırasında, ilin sonuna kimi 1 dolların 1,8 manata qalxacağı, Mərkəzi Bankın və Dövlət Neft Fondunun təkliflərinin ölkənin dollara olan tələbinin cəmi 20 faizini ödəməsi barədə ehtimallar yer alır. Ekspertlər tərəfindən səsləndirilən bu kimi fikirlər sadə vətəndaşlarda qorxu doğurur.

İqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, vəsaitlərin cəlb edilməsi üzrə keçirilən ikinci depozit hərracından sonra yeni məzənnə müəyyən olunacaq: "May ayında manat 1,1% bahalaşıb, iyun ayında isə 3,3% ucuzlaşıb. İyundan başlayaraq manat ucuzlaşmaqda davam edir, sabah növbəti hərrac olacaq və ondan sonra ölkədə yeni məzənnə müəyyən olunacaq".

Ekspertin sözlərinə görə, iyun ayında dollara təlabatın artdığı müşahidə olunub: "Bunun səbəbi, ilk növbədə, manatla olan pul kütləsinin artımıdır. Manatın artması ona gətirib çıxarır ki, həmin manat dollar alışına yönəlir. İkinci səbəb "Brexit" məsələsi oldu. Bu, bazara psixolojı təsir göstərdi. Üçüncü səbəb isə mövsümlə əlaqədardır. Turizmlə bağlı olaraq xarici valyutaya təlabat artır".

S. Əliyevin fikrincə, yaxın iki ayda manat çox kəskin olmayan rəqslər edəcək — bir az bahalaşaq, bir az ucuzlaşacaq: "Yəni sentyabra kimi ciddi bir dəyişiklik baş verməyəcək. Sentyabrda isə artıq yeni proqnozlar vermək olar".

İqtisadçı-ekspert Natiq Cəfərli isə, manata qarşı olan basqıların davam edəcəyini düşünür: "Əslində, prosesin sürəti Azərbaycan daxilində olan məsələlərdən daha çox dünyada gedən proseslərdən asılı olacaq. Yəni, dollar indeksinin dünyada bahalaşma sürətinin və neft qiymətlərinin Azərbaycana təsiri olacaq".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Amma ümumən maliyyə durumunu, banklarda olan vəziyyəti, ölkənin ticarət balansını və gəlirlərin səviyyəsini nəzərə aldıqda, görürük ki, manata olan basqıların davam etməsi gözlənilir, çünki Azərbaycanın bəlli valyuta ehtiyacı var", — iqtisadçı vurğulayıb.

Ekspert hesab edir ki, ölkədə kəskin devalvasiya gözləmək doğru deyil, amma yumşaq şəkildə manatın dəyərdən düşməsi prosesi davam edəcək: "Dolların ilkin həddi 1.65 manat səviyyəsində gözlənilir. Çünki manatın bundan artıq dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatı üçün böyük və qarşısıalınmaz problemlər yarada bilər".

Qeyd edək ki, bu gündən Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirir. Dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulub. Depozit hərracının müddəti isə 1 ay təşkil edir. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Xəbər lenti
0