Hamı şəkil çəkdiriri, "Ura", "Azərbaycan, irəli!" qışqırır. Cüdoçular, boksçular, üzgüçülər… İdmançıların birinci, ikinci və ya üçüncü Olimpiadaya getməyindən asılı olmayaraq həyəcanlı olması hiss olunur.
Azərbaycan yığması Olimpiadada böyük heyətlə təmsil olunan ölkələrin sırasına daxildir. Ölkəmizi 13 idman növündə 56 idmançı təmsil edəcək.
Azərbaycan yığmasını qarşıda 14 saatlıq uçuş, iqlimə uyğunlaşma gözləyir… Bir gündən sonra Rio-da olimpiya kəndində Azərbaycan idmançılarının salamlanma və ölkəmizin bayrağının qaldırılması mərasimi olacaq.
İlk yarışlar artıq bu həftənin sonunda olacaq. Rio-de-Janeyro Olimpiadası avqustun 5-də start götürür.