Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiya Oyunlarında qəza baş verib

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidYelkənli qayıq idman növü. Arxiv şəkli
Yelkənli qayıq idman növü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında yelkənli qayıqlar üzrə idman yarışları üçün nəzərdə tutulan stapel qismən çöküb.

BAKI, 1 avqust-Sputnik. Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında yelkənli qayıqlar üzrə idman yarışları üçün nəzərdə tutulan stapel qismən çöküb.

Sputnik Report-a istinadən xəbər verir ki, dağıntı zamanı heç kim xəsarət almayıb.

OO-2016-nın Təşkilat Komitəsinin mətbuat katibi Filip Uilkinson dağıntılara şənbə günü Rioda müşahidə edilən yüksək dalğalar və fırtınanın səbəb olduğunu bildirib.

F.Uilkinsonun sözlərinə görə, artıq podratçı ilə əlaqə yaradılıb və o, dörd günə Marina da Qloriya dənizkarı idman zonasında müvəqqəti strukturu tamamilə təmir edəcəyinə boyun olub.
Qeyd edək ki, Olimpiadada yelkənli qayıqlarla yarışlar avqustun 8-də başlayacaq. Turnirin açılış mərasimi isə avqustun 5-də olacaq.

Xatırladaq ki, Rioda idman obyektlərinin tikinti keyfiyyəti aprel ayından — müəyyən yüksəkliyə qaldırılmış velosiped yolu çökəndən bəri tənqid olunur. Həmin hadisə iki adamın ölümünə səbəb olmuşdu.

Xəbər lenti
0