CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizkənarı istirahət məkanları müflis olub

© Sputnik / Fuad HasanovDənizkənarı istirahət məkanları müflis olub
Dənizkənarı istirahət məkanları müflis olub - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin qeyri-sabit keçməsi, gözünü yay mövsümünə dikmiş iş adamlarını böyük problemlə üz-üzə qoyub. Əvvəlcədən külli miqdarda icarə haqqı ödəyib obyekt götürən icarədarlar müştəri üzünə həsrət qalıblar.

BAKI, 29 iyul — Sputnik. Havaların küləkli və yağışlı keçməsi ilə əlaqədar dənizkənarı istirahət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalıb. Mövcud vəziyyət həmin obyekt sahiblərini olduqca narahat edir. Xüsusilə də icarəyə yer götürənləri.

Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bağlanan mağazalar, batan sahibkarlar və ölən ümidlər...

Əldə etdiyimiz məlumata görə, çimərlik zonalarında yay fəsli üçün ən ucuz icarə haqqı 15 min manat təşkil edir. Nəzərə alsaq ki, yay fəsli girəndən bu yana havalar hələ də stabil isti keçmir, o zaman icarədarları daha yaxşı anlamaq olar. Çünki, küləkli havalarda dənizə demək olar, heç kim getmir.

Bəs belə olan halda, yəni alver olmadıqda, obyekt işlədənlər yer haqqını necə ödəyirlər? Sputnik olaraq, problemi yerində araşdırmaq üçün bir neçə dənizkənarı məkana üz tutduq.

Şəhərə yaxın yerdə olduğu üçün, paytaxt əhalisinin daha çox üz tutduğu Şıx çimərliyindəki istirahət və əyləncə məkanları pulsuzluqdan ağlayır desək, yanılmarıq. Belə məkanlardan biri "Min bir gecə" istirahət mərkəzidir. Mərkəzin Əli adlı administratoru, sezon girəndən ancaq ziyana işlədiklərini bildirib.

© Sputnik / Fuad HasanovHavaların küləkli və yağışlı keçməsi ilə əlaqədar dənizkənarı istirahət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalıb
Havaların küləkli və yağışlı keçməsi ilə əlaqədar dənizkənarı istirahət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalıb - Sputnik Azərbaycan
1/5
Havaların küləkli və yağışlı keçməsi ilə əlaqədar dənizkənarı istirahət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalıb
© Sputnik / Fuad HasanovMövcud vəziyyət həmin obyekt sahiblərini olduqca narahat edir
Mövcud vəziyyət həmin obyekt sahiblərini olduqca narahat edir - Sputnik Azərbaycan
2/5
Mövcud vəziyyət həmin obyekt sahiblərini olduqca narahat edir
© Sputnik / Fuad HasanovÇimərlik zonalarında yay fəsli üçün ən ucuz icarə haqqı 15 min manat təşkil edir
Çimərlik zonalarında yay fəsli üçün ən ucuz icarə haqqı 15 min manat təşkil edir - Sputnik Azərbaycan
3/5
Çimərlik zonalarında yay fəsli üçün ən ucuz icarə haqqı 15 min manat təşkil edir
© Sputnik / Fuad HasanovKüləkli havalarda dənizə demək olar, heç kim getmir
Küləkli havalarda dənizə demək olar, heç kim getmir - Sputnik Azərbaycan
4/5
Küləkli havalarda dənizə demək olar, heç kim getmir
© Sputnik / Fuad Hasanov"İcarə haqqını birtəhər öz cibimizdən düzəldib veririk", — administrator bildirib
İcarə haqqını birtəhər öz cibimizdən düzəldib veririk, — administrator bildirib - Sputnik Azərbaycan
5/5
"İcarə haqqını birtəhər öz cibimizdən düzəldib veririk", — administrator bildirib
1/5
Havaların küləkli və yağışlı keçməsi ilə əlaqədar dənizkənarı istirahət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalıb
2/5
Mövcud vəziyyət həmin obyekt sahiblərini olduqca narahat edir
3/5
Çimərlik zonalarında yay fəsli üçün ən ucuz icarə haqqı 15 min manat təşkil edir
4/5
Küləkli havalarda dənizə demək olar, heç kim getmir
5/5
"İcarə haqqını birtəhər öz cibimizdən düzəldib veririk", — administrator bildirib

"İcarə haqqını birtəhər öz cibimizdən düzəldib veririk. Hava düzəlmir ki, çəkdiyimiz xərcin heç olmasa, mayasını çıxardaq. Ümid avqusta qalıb artıq", — administrator bildirib.

Müşahidələrimiz zamanı məkanın üstü-açıq restoranında və disko zalında kimsəyə rast gəlmədik. "Min bir gecə"nin düz yanında yerləşən "Eldorado"da da vəziyyət eynidir. Nə çimərlikdə, nə də restoran zalında müştəri gözə dəyirdi.

Administrator yerində olmadığından, obyektin işçiləri ilə söhbət apardıq. Cəmi iki nəfər işçi görə bildik. Onlar, hava ilə əlaqədar məkana gələn olmadığını, bu səbəblə digər işçilərin işdən çıxarıldığını söylədilər.

Müşahidələr apardığımız ən maraqlı məkan isə "Balıq evi" adlı istirahət və əyləncə mərkəzi oldu. Mərkəzin icarədarı Şəhriyar Alxasov obyekt sahibinin ünvanına təriflər yağdırdı: "Çox sağ olsun. Bizdən bir köpük (qəpik nəzərdə tutur — red.) pul almır. İnsan adamdır. Görür ki, havalar yaxşı keçmir, "klient" yoxdur. Ona görə bizdən icarə pulu istəmir. Özümüz ara-sıra yığdığımız puldan hörmətini edirik".

Продукты в магазине - Sputnik Azərbaycan
"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"

Bu məkandan bir az aralıda yerləşən "Aqua park"da isə, ümumiyyətlə gülməli vəziyyət yaranıb. Məkanda nəinki müştərilər, heç söhbət eləməyə işçi də tapa bilmədik.

Bir sözlə, bu il dənizkənarı çimərlik obyektlərində vəziyyət ürəkaçan deyil. Əlbəttə, obyekt sahibləri və icarədarlar üçün.

Məsələyə ən ironik və ibrətamiz yanaşmanı isə bir neçə gün əvvəl iqtisadçı ekspert Natiq Cəfərli göstərmişdi. O, özünün "Facebook" səhifəsində mövzu ilə bağlı belə bir status yazmışdı: "Dəniz kənarında obyekt işlədən qardaşım, sən 40 qəpiklik suyu 2 manata, maya dəyəri 30 qəpik olan çayı 10 manata, 1.5 manatlıq qarpızı doğrayıb 15 manata, 3 manatlıq toyuğu qızardıb 40 manata satanda bilmirdin ki, minlərlə insanın qarğışı tutacaq və uzun illər hər şənbə-bazar Bakı və Abşeronda hava korlanacaq?!".

Xəbər lenti
0