Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bağlanan mağazalar, batan sahibkarlar və ölən ümidlər...

© Sputnik / Hikmet OrhunMilli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib
Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib - Sputnik Azərbaycan
Abunə olmaq
Manatın dəyərdən düşməsi bölgələrdə həyat şəraitinə ağır zərbə vurub. Topdansatış firmaları mağazalara məhsul satışını dayandırıb, gündəlik tələbat malları satan xeyli sayda mağaza bağlanıb. Sahibkarlar çıxış yolu tapa bilmirlər.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Manatın son devalvasiyasından sonra Qazaxın mərkəzindən keçən Heydər Əliyev küçəsində bir-birinin ardınca ərzaq və paltar dükanları, xırdavat mağazaları bağlanıb. Yerli sakinlər bunu işsizliyin baş alması, insanlarda pulun olmaması və alıcılıq qabiliyyətinin aşağı düşməsiylə əlaqələndirirlər.

Bəy-gəlin - Sputnik Azərbaycan
CƏMİYYƏT
Devalvasiya bunu da bacardı: el adətləri dəyişir

Milli valyutının dəyəri aşağı düşdüyündən, bir-iki ay qabaq topdansatış firmaları da mağazalara məhsul satışını dayandırmış, gündəlik tələbat malları satan bəzi mağazalar bağlanmışdı. İri mağazalar mövcud durumdan çıxıb, alqı-satqını bərpa etsə də, xırda ticarət obyektləri hələ də "özünə gələ bilməyib". Hətta, bəzi xırda sahibkarlar artıq dükanı boşaldıb, qapısından "icarəyə verilir" elanı asıblar.

Bu kimi hallar Ağstafa, Tovuz, Şəkmir rayonlarında da müşahidə olunmaqdadır. Sahibkarlar yaranmış vəziyyətdən şikayətçidirlər. Bilidirirlər ki, milli valyuta dirçəlmədən şəxsi bizneslərinin yenidən fəaliyyətə başlaması mümkünsüzdür.

© Sputnik / Hikmet OrhunManatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır.
Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır - Sputnik Azərbaycan
1/5
Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır.
© Sputnik / Hikmet OrhunYerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər.
Yerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər - Sputnik Azərbaycan
2/5
Yerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər.
© Sputnik / Hikmet OrhunXırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar.
Xırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar - Sputnik Azərbaycan
3/5
Xırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar.
© Sputnik / Hikmet Orhunİndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur.
İndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur - Sputnik Azərbaycan
4/5
İndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur.
© Sputnik / Hikmet OrhunMilli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib.
Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib - Sputnik Azərbaycan
5/5
Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib.
1/5
Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır.
2/5
Yerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər.
3/5
Xırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar.
4/5
İndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur.
5/5
Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib.

Böhran zamanı mədaxil-məxarici hesablaya bilmədiyinə görə, iflas edən xırda sahibkar Mehdi Rəhimov Sputnik-in bölgə müxbiri ilə söhbətində, vəziyyətinin düzələcəyinə ümidinin az olduğunu deyib: "Günü-gündən batıram. Böhran yarananda köhnədən qalan malları o biri mağazalardan fərqli olaraq, üstünə yeni qiymət qoymadan satırdım, dövlətə külli miqdarda borcum yarandı".

"Son aylar alver tamamilə ölmüşdü, bu üzdən dükanı da bağladım. Vəziyyətim nə zaman düzələcək, bilmirəm. Hərçənd, düzələcəyinə ümid etmirəm", —deyib sahibkar.

Hazırda işləyən mağazalarda da alver ürəkaçan deyil. Qazax rayonundakı mağazalardan birinin satıcısı Mehman deyib: "Bayram günlərində camaatın "dəndiyi"ndə bir az var idi, onu da bayram süfrəsinə xərclədi. Tanıdığım adamlar var, gəlirlər ki, borca ərzaq alsınlar. Müdiriyyətdən kəskin tapşırıq olduğundan heç kimə niysə mal verə bilmirik. İnsanların sosial durumu çox aşağıdır".

Xəbər lenti
0