CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanın temperaturu düşür

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidİsti hava. Arxiv şəkli
İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 30-da gecə və axşambəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

BAKI, 29 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

İldırım - Sputnik Azərbaycan
Şimşək şaxacaq, intensiv yağış yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 30-da gecə və axşambəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbər lenti
0