CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu, artıq yay havası deyil

© Sputnik / Xalid MemmedovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 29-da hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

BAKI, 28 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına stinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

İldırım - Sputnik Azərbaycan
Şimşək şaxacaq, intensiv yağış yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 29-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 10-14, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0