ABŞ Türkiyənin iddialarını rədd etdi

© AP Photo / Manuel Balce CenetaABŞ-ın Əfqanıstandakı sülh missiyasına rəhbərlik edən general Con Kempl
ABŞ-ın Əfqanıstandakı sülh missiyasına rəhbərlik edən general Con Kempl - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların Baş qərargah rəisi Co Danford yayılan xəbərləri "absurd" adlandırıb.

BAKI, 27 iyul — Sputnik. ABŞ ordusunun generalı Türkiyənin gündəlik "Yeni Şafak" qəzetində dərc olunan məqalə ilə bağlı sərt mövqedən çıxış edib.

Sputnik Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Birləşmiş Ştatların baş qərargah rəisi Co Danford məqaləni "absurd" adlandırıb.

Hərbi çevriliş cəhdi - Sputnik Azərbaycan
TƏHLİL
"Türkiyədəki hərbi çevriliş cəhdinin arxasında ABŞ dayanır"
Qəzetin adı açıqlanmayan mənbəyə istinadən yazdığına görə, NATO-nun Əfqanıstandakı qüvvələrinə başçılıq edən general Con Kempbell təqaüdə çıxdıqdan sonra Türkiyəyə səfər edərək, çevrilişi təşkil edən ordu nümayəndələrinə milyardlarla dollar ödəyib.

"General Kempbellin belə bir işlə əlaqəsi olduğuna dair iddialar absurddur" — deyə general bildirib.

Ordunun bəyanatında deyilir ki, təqaüddə olan general türk mətbuatının onun Türkiyədəki siyasi fəaliyyətlərə müdaxiləsinə dair yazılanları qətiyyətlə rədd edir.

Polkovnik Patrik Siber Amerikanın Səsinə Kampbellə bu ayın əvvəllərində görüşdüyünü və onun Türkiyəyə ABŞ hökumətinin mövqeyini dəstəkləmək üçün səfər etdiyini bildirib.

Məqalə Türkiyə rəsmilərinin ABŞ-da yaşayan müxalif dini lider Fətullah Gülənin Türkiyədə çevriliş cəhdinin arxasında durduğuna dair ittihamlarından sonra yazılıb.

Türkiyənin Gülənin ekstradisiya tələbinə dair Ağ Evin sözçüsü Con Ernest bildirib ki, Amerika hazırda Türkiyənin ekstradisiya ilə bağlı sənədlərini nəzərdən keçirir. Gülən isə çevriliş cəhdi ilə əlaqəsi olduğunu rədd edir.
Suriya və İraqla sərhəddini bölüşən Türkiyə İŞİD-lə mübarizədə Amerikanın yaxın müttəfiqidir. ABŞ-ın 3 mindən artıq əsgəri qüvvəsi hazırda Türkiyədə xidmət göstərir.

Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri Türkiyənin İncirlik hava bazasından İslam Dövlətinə qarşı əməliyyatlar həyata keçirir.

Xəbər lenti
0