BAKI, 27 iyul — Sputnik. Alimlərin beynəlxalq komandası XVI əsrə aid Avropanın rəsm əsərlərini araşdıraraq maraqlı nəticə əldə ediblər. Məlum olub ki, hələ 500 il əvvəl insanlar buterbrod yeyirlərmiş.
Sputnik xəbər verir ki, bu araşdırmanın nəticəsi "Sage Open" nəşrində dərc olunub. Araşdırma zamanı elm adamları yeməklərin təsvir olunduğu 750 rəsm əsərini incələyiblər.
"Həmin dövrdə insanlar özlərini zərərli və yüksək kalorili qidalara — xüsusilə çörək və yağlı ətə tutublar", — deyə araşdırma müəllifləri bildiriblər.
Elm adamları aşkarlayıblar ki, şəkillərin 86%-də çörək var. Şəkillərin 22%-də isə tərəvəzlər əksini tapıb. Tərəvəzlər içərisində rəssamlar tez-tez enginara (kələmkimilər fəsiləsindən bitki), meyvələrdən limona, ətlərdən isə molyuskalara müraciət ediblər.
Alimlər bu nəticəyə gəliblər ki, son 500 ildə avropalıların yemək vərdişlərində praktiki olaraq heç nə dəyişməyib.