Qaşıqları yeməklə dünyanı xilas edə biləcəyik

© Photo : Youtube / The Better IndiaYenilebilen kaşık
Yenilebilen kaşık - Sputnik Azərbaycan
Abunə olmaq
Hindistanda istehsalına başlanan yeni süfrə ləvazımatları yeyilə bilən məmulatlardan hazırlanıb və dünyanı ekoloji fəlakətdən xilas etmək məqsədi daşıyır.

BAKI, 11 may — Sputnik. Hindistanda bir iş adamı ev və iş yerlərində istifadə olunan plastik süfrə ləvazımatlarının – qab-qaşığın atılması səbəbindən yaranan çirkabın aradan qaldırılması üçün yenilənə bilən qaşıq və çəngəl istehsalına başlayıb.

Son araşdırmalara görə, dünyada hər il 40 milyon tona yaxın plastik çəngəl, qaşıq və bıçaq atılır. Bu vəziyyət böyük ölçüdə ətraf mühitin çirklənməsinə səbəb olur. Hindistanın Heydərabad şəhərindən olan Narayana Pisapati (Narayana Peesapaty) adlı bir nəfər isə təbiətdə parçalanması min illərlə vaxt tələb edən zibillərin aradan qaldırılması üçün qeyri-adi bir həll yolu tapıb. 

Pisapati təbiətin qorunması məqsədilə düyü, qarğıdalı və buğda unundan hazırlanmış qaşıq, çəngəl və yemək çubuğu hazırlayıb. Partlaq qarğıdalı dadına bənzəyən dadı olan bu süfrə ləvazımatlarının sadə, şirin və acı növləri var və onlar 3 il ərzində xarab olmurlar. 

Bu barədə Sputnik-ə açıqlama verən Pisapati deyib: "Çoxlu plastik qab-qaşıq zibilliyə atılır. Onların təbiətdə həll olunması isə uzun illər tələb edir. Eyni zamanda bu plastiklər xüsusilə təbiətə, daha sonra da torpaqdan qidalara keçən kimyəvi maddələrə çevrilir. Ancaq qarğıdalı unundan hazırlanmış bu qaşıqlar olduqca faydalıdır. Plastik qaşıqla yemək yeyənlər zəhərlənirlər, ancaq yenilənə bilən qaşıqla yemək yeyənlər faydalı bir qida ilə qidalanmış olurlar."

Sözügedən qaşıqların internet vasitəsilə satışa çıxarılacağını söyləyən Pisapati Rusiya da daxil olmaqla çox sayda ölkədən təkliflər aldığını, amma hələlik Hindistanda işləməyə üstünlük verdiyini bildirib. 

Xəbər lenti
0