Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlan iki dostu xəstəxanalıq etdi

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidilan
ilan - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Hacıyevin sol ayağının topuq nahiyəsindən ilan sancıb. Elşən Musayev isə zəhər bədənə keçməsin deyə, həmin nahiyədə zəhəri sorub.

BAKI, 27 iyul — Sputnik. Şimal-qərb bölgəsinin camaatı "həyəcan təbili" çalır. Havaların sərin keçməsinə baxmayaraq, ilan sancma ilə bağlı xəbərlər günbəgün artmaqdadır.

İlan. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
19 yaşlı oğlanı ilan sancdı

Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) Sputnik-ə verilən məlumata görə, iyulun 26-sı, saat 23:30 radələrində Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi ev 15-də yaşayan, 1970-ci il təvəllüdlü Əhməd Məmmədyə oğlu Hacıyev ilan sancma xəsarəti, onunla eyni küçədə yaşayan 1986-cı il təvəllüdlü Elşən Yaqub oğlu Musayev isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, Əhməd Hacıyev və Elşən Musayev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən Əhməd Hacıyevin sol ayağının topuq nahiyəsindən sancıb. İlan sancmasından sonra Elşən Musayev isə Əhməd Hacıyevin ilan sancan nahiyəsindən zəhər bədənə keçməsin deyə sorub.

Bu səbəbdən Elşən Musayevdə qismən zəhərlənmə əlamətləri büruzə verib. Hər iki şəxs xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Əhməd Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Lazımi tibbi yardım göstərilən Elşən Musayevə ilan zəhərinə qarşı zərdab vurulmasa da, o, həkim nəzarəti altındadır.

Xəbər lenti
0