Bakı, 20 iyul — Sputnik. Bu gün saat 07.00 radələrində Şəki rayonu, Biləcik kənd sakini, 19 yaşlı Cavid Bəhram oğlu Əlimov ilan sancması ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanadan Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, məlum olub ki, C. Əlimov yaşadığı kəndin inzibati ərazisində ot biçən zaman, ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən gəncə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.