Ermənistanda silahlı qrup həkimləri girov götürüb

© SputnikYerevanda təcili yardım avtomobili
Yerevanda təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Yerevanda iyulun 27-nə keçən gecə silahlı qrupun üzvləri ilə polis əməkdaşları arasında gedən atışmada 3 nəfər yaralanıb

BAKI, 27 iyul — Sputnik. Ermənistanın paytaxtı Yerevanda Təcili Tibbi Yardım briqadasının həkimləri silahlı qrupun üzvləri tərəfindən girov götürülüblər. Hadisə, həkimlər atışma zamanı yaralananlara yardım edərkən baş verib.

Ermənistanın paytaxtında polislə etiraz aksiyaçıları arasında qarşıdurma baş verib - Sputnik Azərbaycan
Yerevan yenidən qarışdı

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistan polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aşot Aqaronyan xəbər verib: "Bu gecə xəbər gəldi ki, silahlı qruplar tərəfindən ələ keçirilən polkun ərazisində daha iki yaralı var. Hüquq-mühafizə orqanları onlara kömək təklif ediblər və rədd cavabı alıblar".

"Yaralıları xəstəxanaya çatdırmaq üçün onların doğmaları da təcili yardım çağırıblar. Hüquq-mühafizə orqanları bütün mümkün şərtlərdən istifadə edərək yaralılar üçün təcili yardım göndərə biliblər. Lakin həkimlər hadisə yerinə gedəndə, onları girov götürüblər", — deyə Aqaronyan özünün "Facebook" səhifəsində yazıb.

Ermənistanda iğtişaş dərinləşir - Sputnik Azərbaycan
Ermənistanda iğtişaş dərinləşir

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həkimlərin azad edilməsi ilə bağlı danışıqlar aparırlar. Silahlı qruplaşmanın lideri və onun oğlu ağır vəziyyətdədir.

İyulun 27-nə keçən gecə silahlı qrupun üzvləri ilə polis əməkdaşları arasında gedən atışmada 3 nəfər yaralanıb. Onlar "Sasna tsrer" qrupunun lideri Pavel Manukyan, onun oğlu Aram və hüquq-mühafizə orqanlarının bir əməkdaşı olub. Silahlı qrupun yaralanmış daha iki üzvü isə polkun ərazisində saxlanılır.

Qeyd edək ki, iyulun 17-də silahlı qrupun üzvləri Post-patrul Xidmətinin (PPX) polkunun binasını ələ keçiriblər. Onlar qanunsuz silahların saxlanılması və onlardan istifadə ittihamı ilə həbs olunmuş müxalifətçi "Təsis parlamenti" vətəndaş təşəbbüsləri təşkilatının koordinatoru Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər.

PPX polku ələ keçirilən zaman polis polkovniki Artur Vanoyan qətlə yetirilib. Polis polkovniki Aram Ovannisyan, podpolkovnik Qraç Oseqyan və praporşik Qaqik Mkrtçyan yaralanıb.

 

Xəbər lenti
0