Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Təndirdə bişirilən toyuq ləvəngisi

Abunə olmaq
Toyuq ləvəngisi Lənkəran mətbəxinin möhürüdür. Sputnik təndirdə bişirilən toyuq ləvəngisinin reseptini təqdim edir.

Lənkəran mətbəxi Murğuturş, Turşukabab, Fisincan və digər yeməklərlə zəngindir. Amma hamı ilk olaraq toyuq ləvəngisini düşünür. Toyuq ləvəngisi Lənkəran mətbəxinin möhürüdür. Bu yemək növü dünyanın bir çox yerlərində tanınır.

Lənkəranda toyuq ləvəngisi bişirə bilməyən demək olar ki, yoxdur. Toyuq ləvəngisi eyni üsulla hazırlansa da, iki üsulla bişirilir. Biri elektrik sobada, digəri isə təndirdə. Təbii ki, təndirdə bişən toyuq ləvəngisi daha dadlı olur.

Toyuq ləvəngisinin hazırlanması üçün lazımdır:
100 qram qoz içi,
100 qram soğan,
istiot,
duz və palçıq turşusu.

Əvvəlcədən toyuq yuyulur, təmizlənir. Toyuğun qarnına qoyulan ləvəngi üçün nəzərdə tutulan 100 qram qoz içi və 100 qram soğan maşında ayrı-ayrılıqda çəkilir. Ləvəngi acı olmasın deyə çəkilən soğanın suyu sıxılır, sonra çəkilmiş qozla qarışdırılır və ona istiot, duz və palçıq turşusu vurulur.

Yaxşı dad götürməsi üçün, toyuğun sinə hissəsi iti alətlə azca yarılır, daha sonra toyuq duzlanılır, istiotlanılır və palçıq turşusu toyuğun bütün yerlərinə çəkilir. Bundan sonra ləvəngi toyuğun içinə qoyulur və toyuqla ləvəngi yaxşı dad götürməsi üçün 2 saat sərin yerdə saxlanılır. 2 saat keçdikdən sonra isə toyuq bişməsi üçün təndirə qoyulur və ya elektrik sobada 200 dərəcə istidə 1 saat ərzində bişirilir.

Xəbər lenti
0