Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Zəkiyev: İdmanda sağlam rəqabət olmalıdır

© Sputnik / Tarana KhudabakhshiyevaCüdoçu İlham Zəkiyev
Cüdoçu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İkiqat paralimipiya çempionu İlham Zəkiyevin fikrincə, dopinqdən istifadə edən idmançı cəzalanmalıdır.

BAKI, 24 iyul — Sputnik. Azərbaycanı (+100 kq çəki dərəcəsində) beynəlxalq yarışlarda təmsil edən 6 qat Avropa, 2 qat dünya və Paralimpiya oyunlarının çempionu İlham Zəkiyev Sputnik-ə Rusiyanın yüngül atletika komandasının Rio-de-Janeyro Yay Olimpiadasında iştirakdan kənarlaşdırılması ilə bağlı münasibət bildirib. 

“İdmanda sağlam rəqabət olmalıdır. Dopinq ümumiyyətlə idmanda bəyənilmir. Cəza verilibsə demək belə də olmalıdır. Dopinqdən istifadə edən idmançı mütləq cəzalanmalıdır”, — deyə ikiqat paralimipiya çempionu vurğulayıb.

Xatırladaq ki, Lozannada yerləşən İdman arbitraj məhkəməsi (CAS) beynəlxalq yarışlardan kənarlaşdırılmalarına görə, şikayət edən Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib.

Beləliklə, CAS Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qərarını qüvvədə saxlayıb. Assosiasiya uzunluğa tullanma üzrə yarışan Darya Klişinadan başqa, bütün idmançıların Rio-de-Janeyro-2016 olimpiadasında iştirak üçün ərizələrini qəbul etməyib.


Xəbər lenti
0