Veloyürüşlər Azərbaycanda sürətlə populyarlaşırlar. Əgər bir neçə il əvvəl Bakı küçələrində velosipedçini nadir halda görmək mümkün idisə, bu gün paytaxtı ikiayaqlı “dəmir at”ı sürənlərsiz təsəvvür etmək mümkün deyil.
Velosipedçilər sayı artmaqdadır, artıq insanlar bütöv ailələrlə velogəzintiyə çıxırlar.Spontan olaraq velosipedçilərin müxtəlif klubları yaranır: bura daxil olmaq üçün velosipedə və sürmək həvəsinə malik olmaq lazımdır.
Yeni əyləncə bir neçə tərəfə fayda verir: şəhərin az da olsa avtomobul yükü azalır; bakılılar daha təmiz hava ilə nəfəs alırlar; velosipedçilər isə həm əylənirlər, həm də sağlamlıqlarını təmin edirlər.
Lakin, bu hobbi nə qədər sadə görünsə də, onun özünün də qaydaları var – yol-hərəkət qaydalarına riayət etməkdən əlavə, yeni sürməyə başlayanlar velosiped sürməyin bəzi qaydalarını da bilməlidirlər. Sputnik-in infoqrafikası elə bundan bəhs edir.