CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partiya mükafatlandırılacaq jurnalistlərin adlarını açıqladı

© Photo : STRMedia
Media - Sputnik Azərbaycan
Abunə olmaq
«Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2016-cı ildə layiq görülən şəxslərlə bağlı qərar açıqlanıb

BAKI, 22 iyul — Sputnik. Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası 22 iyul — Milli Mətbuat Günü münasibətilə «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2016-cı ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb. Partiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstü ziyarət olunub - Sputnik Azərbaycan
Sputnik Azərbaycan-dan nümunəvi təşəbbüs

1. Nailə Bağırova — (ann.az saytı) təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna görə
2. Aygün Yusibova (axar.az saytı) — Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv materiallara örə
3. Sənan Rzayev (CBC telekanalı) — xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul — Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Xəbər lenti
0