BAKI, 21 iyul — Sputnik. Avropa Liqasında Azərbaycanın təmsilçisi “Qəbələ” II təsnifat mərhələsində cavab oyununu keçirib. “Qəbələ” bu gün Macarıstanın MTK klubu ilə qarşılaşıb.
Səfərdə keçirilən ilk görüşdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu görüşdə də qalib olublar.
Oyunun 7-ci dəqiqəsində Baqali Dabonun ötürməsindən sonra Sergey Zenyov hesabı açıb. 28-ci dəqiqədə Teo Uiks Dabonun ötürməsini başla qapıya göndərib.
Beləliklə, “Qəbələ” III təsnifat mərhələsinə yüksəlib.
Qriqorçukun yetirmələri bu mərhələdə Fransa təmsilçisi “Lill”lə görüşəcəklər.
Növbəti mərhələnin ilk oyunları iyulun 28-də baş tutacaq. “Qəbələ” həmin gün Fransada “Lill”in qonağı olacaq.