Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yol qəzasına düşən 15 mindən çox insana təcili tibbi yardım göstərilib

© Sputnik / Irade CELILRespublika Kliniki Xəstəxanasında Təcili Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
Respublika Kliniki Xəstəxanasında Təcili Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
SNTTTYS-ə məxsus helikopterlərdən cari ilin aprelində cəbhədə baş verən döyüşlərdə istifadə olunub və görülən işlər çox uğurla nəticələnib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bu gün Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirildi. Konfransda çıxış edən SNTTTYS-in baş həkimi Mirələm Calalov bildirdi ki, son 10 ildə Stansiyanın (SNTTTYS) həkim briqadaları yol qəzasına düşən 15192 xəstəyə təcili yardım göstərib, 13428 nəfərə isə konsultativ tibbi yardım göstərilib.

Təzyiq ölçən cihaz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu tibbi cihazlarla - ölümlə oynamayın!

"Təkcə bu il daxil olan çağırışların sayı, ümumilikdə 659 olub. Bunlardan yol-nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, baxılan xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölümlərin sayı 70, yerində yardım alanların sayı 37 olub", — baş həkim bildirib.

M. Calalovun sözlərinə görə, 113 xidmətinə daxil olmuş konsultativ çağrıların sayı bu il ərzində 1025, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olub: "Hazırda Respublika üzrə 12 regional məntəqə var və məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərirlər".

Daha sonra çıxış edən SNTTTYS-in Gəncə Regional Məntəqəsinin böyük həkimi Sevinc Hüseynova son 10 ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat verdi. O qeyd etdi ki, baş verən hadisələrin sayı 33,1 faiz artıb: "Hadisələr zamanı ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32,6 faiz artıb. Statistik rəqəmlər ölkədə təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb. Xəstələrə, yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühüm işdir".

Daha sonra M. Calalov deyib: "Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bazasında Fransa istehsalı olan 2 helikopter var. Həmin helikopterlər ən son müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu helikopterlər vasitəsilə rayonlarda olan ağır xəstələrin təcili başqa yerə evakuasiya olunması həyata keçirilir. Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklər iplə aşağı salınır və xəstə evakuasiya olunaraq helikopterlərə mindirilir".

"Bu helikopterlərdən cari ilin aprelində cəbhədə baş verən döyüşlərdə də istifadə olunub və görülən işlər çox uğurla nəticələnib. Yaralılar vaxtında xəstəxanalara çatdırılaraq onlara yüksək yardım göstərilib", — baş həkim qeyd edib.

Qeyd edək ki, "Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli "Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə" 140 saylı əmrinə əsasən, Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyası SNTTTYS-yə verilib.

Xəbər lenti
0