CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava xəbərdarlığı gəldi: günün altına çıxmayın

© Sputnik / Shahperi AbbasovaBuludun arxasındakı günəş
Buludun arxasındakı günəş - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

BAKI, 20 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxtd və yarımadada şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Sabah havanın temperaturu 42 dərəcəyə çatacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq: İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Xəbər lenti
0