Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah havanın temperaturu 42 dərəcəyə çatacaq

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidİsti hava. Arxiv şəkli
İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

BAKI, 17 iyul — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun  Abşeron yarımadasında  gecə 22-26, gündüz 32-37,  Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 36-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0