Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Masallı Rayon Olimpiya Kompleksində "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci il dönümü"nə həsr edilən Cüdo üzrə Masallı Rayon Açıq Turniri keçirilir.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, yarışda 11 komada — Bakıdan 5 komanda, Sumqayıtdan 5 komanda, Naxçıvan MR-dan 2 komanda və Masallıdan 2 komanda olmaqla, ümumilikdə 208 nəfər idmançı iştirak edir. Turnir uşaq və yeniyetmələr arasında 26 çəki dərəcəsində keçirilir.
Yarışın keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunu yüksəltmək, dövlət bayrağını daim uca tutmaq, Azərbaycanda cüdo ənənələrini davam etdirmək, yeniyetmələr arasında dostluq əlaqələrinin yaradılması, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Qeyd edək ki, yarış Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilir. Yarışda I, II, III yeri tutan idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.