Türkiyə bu helikopterləri axtarır

© Photo : arxiv.azTürkiyə hərbi hava güvvələri helikopteri
Türkiyə hərbi hava güvvələri helikopteri - Sputnik Azərbaycan
Abunə olmaq
Onların hərbi çevriliş cəhdi baş verən gecə Ərdoğanın qaldığı hotelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları güman olunur

BAKI, 19 iyul — Sputnik. Türkiyədə hərbi çevriliş cəhdində istifadə edilən iki hərbi helikopterin yeri hələ də məlum deyil. Sputnik Haberler-ə istinadən bildirir ki, bu barədə "Hürriyyət" qəzetinin köşə yazarı Əbdülqadir Səlvi xəbər verib.

Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Türkiyə parlamentinin binasına növbəti hücum təhlükəsi

O yazıb ki, iyulun 17-dən 18-nə keçən gecə havaya qalxan iki hərbi helikopter Marmaris istiqamətindəki meşəlik əraziyə doğru uçub. Helikopterlərin haradan qalxdıqları və haraya endikləri bəlli deyil.

Onların hərbi çevriliş cəhdi baş verən gecə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı hotelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları güman olunur. Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.

Xəbər lenti
0