Türkiyə parlamentinin binasına növbəti hücum təhlükəsi

© Photo : AATürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəklinin məlumatına görə, TBMM-in binasından adamlar hücum təhlükəsinə görə evakuasiya edilirlər

BAKI, 18 iyul — Sputnik. Mümkün hücum təhlükəsi səbəbindən Türkiyənin parlament binasından adamlar evakuasiya edilir. Sputnik xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürd partiyası HDP-dən olan deputatı Ziya Pir öz Twitter hesabında məlumat yayıb.

"Məlumatın mənbəyi məlum deyil, lakin binada olan deputatları evakuasiya edirlər", — deyə Pir yazıb.

Qeyd edək ki, ötən həftənin cümə günü Türkiyə rəhbərliyi ölkədə hərbi çevrilişə cəhd edildiyini bəyan edib. Hərbçilər də öz növbələrində hakimiyyətin onların əlinə keçdiyini elan ediblər.

Şənbə günü səhər qiyamçı hərbçilər təslim olmağa başlayıblar. Türkiyə hökuməti bildirib ki, çevrilişə cəhdin qarşısı alınıb. Türkiyənin hüquq-mühafizə orqanları aralarında yüksək rütbəli hərbçilərin də olduğu 3 mindən artıq adamı həbs ediblər. Hüquq-mühafizə sistemində çalışan 9 mindən çox adam çevrilişə dəstək ifadə etməkdə günahlandırılaraq işdən çıxarılıb və istintaqa cəlb edilib.

Xəbər lenti
0