QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb

© Sputnik / Ayaz YashilyarpaqAğdamın cəbhəyanı kəndlərindən birində günəmuzd işləyən qadınlar
Ağdamın cəbhəyanı kəndlərindən birində günəmuzd işləyən qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Aprel hadisələrindən sonra heyvanların südvermə qabiliyyəti yarıbayarı azalıb. Göy guruldayanda, şimşək çaxanda heyvanlar qorxuya düşür. Fermerlər əvvəllər belə hal müşahidə etməyiblər.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Eldə çox işlədilən bir deyim var: "Mart çıxdı, dərd çıxdı". Amma bu il mart ayı bitən ilk gündən Azərbaycanda son 20 ildə görünməmiş bir həyəcan, səksəkə, ağrı-acı və məhrumiyyətlər yaşandı.

Füzuli rayonu - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhədə növbəti təxribat: kəndlərimiz atəşə tutuldu

Təmas xəttinə yaxın olan kəndlərin başı üzərinə apreldə mərmi, may-iyun aylarında isə dolu yağışı yağdı. Mülki əhali arasında ölən və yaralananlar oldu, yaşayış evləri, sosial obyektlər zərər çəkdi, cari ilin məhsulu üçün yetişdirilən əkinlərin çox hissəsi məhv oldu.

Ara sakitləşəndən və hava qızandan sonra adamlar yenə sahələrdə görünməyə başlayıblar. Sakinlər bildirirlər ki, çətinliklə də olsa, mal-qaraya yem tədarükü görmək olur. Bu il ot bol və əvvəlki illərə nisbətən ucuzdur. Kənd yollarında tez-tez, içərisi quru əlafla dolu at və eşşək arabaları gözə dəyir.

İzafi xərc çıxmasın deyə, bəzi sakinlər sahələrdən topladıqları tərəvəz məhsullarını, mağazadan aldıqları un kisələrini də evlərinə bu arabalarda daşıyırlar. Yaşayış məntəqələrində və təsərrüfat yollarının kənarında üzərinə "Mina və mərmilərə toxunmayın!" xəbərdarlığı yazılmış lövhələrə rast gəlmək olur.

"Soğan əkmək lotereya oynamaq kimidir"

Ağdam rayonunun Evoğlu kəndində yaşayan Şahbaz Abbasov bildirir ki, bu il torpaqdan qazanc gözləmir: "Taxılımız batdı. Gördüyünüz bu 2 hektar sahəni icarəyə götürüb soğan əkmişəm. Aprel hadisələri vaxtı bura bir neçə mərmi düşüb. On gün əvvəl bir partlamamış mərmini gəlib apardılar. Dolu düşəndən sonra əlavə zəhmət və xərc çəkməklə əkini batmağa qoymadıq".

"Bəlkə də Allahın bizə yazığı gəldi. İndiyədək 4 min manatadək xərc çəkmişəm. Yetişən məhsul, ən yaxşı halda, elə bu xərci ödəyə bilər", — deyir kənd sakini.

Əfətli kəndində yaşayan Kərəm Hüseynov da gözünü soğana dikib: "Bu il bir çox əkinlərimiz batıb, bir dənə də olsun, meyvə yoxdur. Soğan əkmək lotereya oynamaq kimidir — qiyməti baha olanda udursan, bir də görürsən, o qədər ucuzlaşdı ki, sata bilmirsən və qoyduğun maya batır. Taxıl, pambıq əkib, istədiyimiz məhsulu götürə bilmirik deyə məcbur olub soğan yetişdiririk".

Qısamüddətli müharibə kartof sahələrini də vurub

Evoğlu kəndindəki əkin sahəsindən kartof çıxaran gənclərə yaxınlaşırıq. Öyrənirik ki, onlar qardaşdırlar. Biri bellə torpağı qazır, digəri isə məhsulu təmizləyib vedrələrə yığırdı.

© Sputnik / Ayaz YashilyarpaqAğdam rayonunun girişi
Ağdam rayonunun girişi - Sputnik Azərbaycan
1/11
Ağdam rayonunun girişi
© Sputnik / Ayaz YashilyarpaqCəbhəboyu kəndlərdə bu tip plakatlara tez-tez rast gəlmək olur.
Cəbhəboyu kəndlərdə bu tip plakatlara tez-tez rast gəlmək olur - Sputnik Azərbaycan
2/11
Cəbhəboyu kəndlərdə bu tip plakatlara tez-tez rast gəlmək olur.
© Sputnik / Ayaz YashilyarpaqBərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir.
Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir - Sputnik Azərbaycan
3/11
Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir.
© Sputnik / Ayaz YashilyarpaqQapanlı kənd sakini Afət Cümşüdova.
Qapanlı kənd sakini Afət Cümşüdova - Sputnik Azərbaycan
4/11
Qapanlı kənd sakini Afət Cümşüdova.
© Sputnik / Ayaz YashilyarpaqAğdamin Evoğlu kəndində kartof yığımı
Ağdamin Evoğlu kəndində kartof yığımı - Sputnik Azərbaycan
5/11
Ağdamin Evoğlu kəndində kartof yığımı
© Sputnik / Ayaz YashilyarpaqAğdamın Evoğlu kənd sakini Akif Nəcəfov.
Ağdamın Evoğlu kənd sakini Akif Nəcəfov - Sputnik Azərbaycan
6/11
Ağdamın Evoğlu kənd sakini Akif Nəcəfov.
© Sputnik / Ayaz YashilyarpaqBərdənin Köçərli kəndində taxıl biçilmiş sahədən şum çıxarılır.
Bərdənin Köçərli kəndində taxıl biçilmiş sahədən şum çıxarılır - Sputnik Azərbaycan
7/11
Bərdənin Köçərli kəndində taxıl biçilmiş sahədən şum çıxarılır.
© Sputnik / Ayaz YashilyarpaqCins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib.
Cins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib - Sputnik Azərbaycan
8/11
Cins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib.
© Sputnik / Ayaz YashilyarpaqBu il ot boldur – kənd yollarında tez-tez, içərisi quru əlafla dolu at və eşşək arabaları gözə dəyir.
Bu il ot boldur – kənd yollarında tez-tez, içərisi quru əlafla dolu at və eşşək arabaları gözə dəyir - Sputnik Azərbaycan
9/11
Bu il ot boldur – kənd yollarında tez-tez, içərisi quru əlafla dolu at və eşşək arabaları gözə dəyir.
© Sputnik / Ayaz YashilyarpaqSoğan əkmək lotereya oynamaq kimidir – qiyməti baha olanda udursan, bir də görürsən, o qədər ucuzlaşdı ki, sata bilmirsən və qoyduğun maya batır.
Soğan əkmək lotereya oynamaq kimidir – qiyməti baha olanda udursan, bir də görürsən, o qədər ucuzlaşdı ki, sata bilmirsən və qoyduğun maya batır - Sputnik Azərbaycan
10/11
Soğan əkmək lotereya oynamaq kimidir – qiyməti baha olanda udursan, bir də görürsən, o qədər ucuzlaşdı ki, sata bilmirsən və qoyduğun maya batır.
© Sputnik / Ayaz YashilyarpaqAğdamın Əfətli kəndində mərmi düşən heyvandarlıq kompleksi.
Ağdamın Əfətli kəndində mərmi düşən heyvandarlıq kompleksi - Sputnik Azərbaycan
11/11
Ağdamın Əfətli kəndində mərmi düşən heyvandarlıq kompleksi.
1/11
Ağdam rayonunun girişi
2/11
Cəbhəboyu kəndlərdə bu tip plakatlara tez-tez rast gəlmək olur.
3/11
Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir.
4/11
Qapanlı kənd sakini Afət Cümşüdova.
5/11
Ağdamin Evoğlu kəndində kartof yığımı
6/11
Ağdamın Evoğlu kənd sakini Akif Nəcəfov.
7/11
Bərdənin Köçərli kəndində taxıl biçilmiş sahədən şum çıxarılır.
8/11
Cins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib.
9/11
Bu il ot boldur – kənd yollarında tez-tez, içərisi quru əlafla dolu at və eşşək arabaları gözə dəyir.
10/11
Soğan əkmək lotereya oynamaq kimidir – qiyməti baha olanda udursan, bir də görürsən, o qədər ucuzlaşdı ki, sata bilmirsən və qoyduğun maya batır.
11/11
Ağdamın Əfətli kəndində mərmi düşən heyvandarlıq kompleksi.

Qardaşlardan biri — Vüqar Əliyev bildirir ki, cari il məhsuldarlıq az qala beş dəfə az olub: "Aprel hadisələri əkinə lazımi səviyyədə qulluq göstərməyə, becərmə işlərini vaxtında aparmağa imkan vermədi. Ardınca da əkini dolu vurdu. Bu səbəblərdən məhsulumuz çox az olub. Buna da şükür".

Qonşuluqdakı sahədə Evoğlu kəndinin başqa bir sakini — Akif Nəcəfov təzəcə ot biçilmiş yeri suvarmaqla məşğul idi. O, şəxsi təsərrüfatında qoyun saxladığını deyir. Heyvanlara yem tədarükü görsə də, geniş otlaq sahəsinin olmaması onun işini çətinləşdirib.

"Sahəm yonca altındadır. Bu il üç yüz bağ ot toplamışam. İndi yeri suvarıb azacıq gözləyəcəm, ot qalxan kimi qoyunu buraxacam bura. Heyvan saxlamaq üçün gərək otlağın ola. O sarıdan bizdə zəifçilikdir", — A. Nəcəvov bildirir. 

Mərmi və dolu döyən insanların həyatı - Sputnik Azərbaycan
VİDEO
Mərmi və dolu döyən insanların həyatı

Cəbhəboyu ərazilərdə siçovullar "at oynadır"

Cəbhəboyu ərazilərdə əkinlərə siçovullar da ciddi zərər vurur. Bərdənin Köçərli kəndində yaşayan fermer Firudin Zeynalov hesab edir ki, bu yerlərə siçovulların kütləvi axınına məlum münaqişə səbəb olub: "İşğal olunan ərazilər yandırılandan sonra siçovullar bu tərəflərə gəlib. Ona qarşı mübarizə də çətindir. Öz sahəni dərmanlamaqla iş bitmir, gərək eyni mübarizə ətraf ərazilərdə də aparıla".

Qabaqcıl fermerinn sözlərinə görə, bu il zərərvericilər ona yağıntıdan da çox zərər vurub: "1 hektar sahədə buğda yetişdirmişdim. İldə 60 sentner məhsul götürürdüm. Əkinə siçovullar daraşdı deyə, məhsuldarlıq yarıbayarı azaldı. Qonşu sahədə çuğundur əkilib. Baxırsan, yarpağı var, amma kökünü siçovul yeyib".

Çuğundur sahəsində xeyli sayda qadın kətmənlə əkini alaq otlarından təmizləyirdi. Yaxınlaşıb onlarla söhbətləşirik. Günəmuzdçuların əksəriyyəti Tərtər kəndlərindəndir.

Qapanlı kəndinin sakini Afət Cümşüdova deyir ki, ailəsinin torpağı və gəlir mənbəyi az olduğundan yazın əvvəlindən ta payızın sonunadək müxtəlif yerlərdə muzdla işləyir: "Cəmi 40 sot torpağımız var. Həyat yoldaşım müharibə veteranıdır, 50 manat təqaüd alır. İki azyaşlı uşağımız var. Ailənin ehtiyacını ödəmək üçün işləməyə məcburam. Burada bir günlük işə görə 6 manat haqq verilir. Kök yığımında qazancımız bir az çox olur".

Atəş səslərindən inəklər psixoloji travma alıb

Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qarabağlılar güllə yağışı altında çörək becərmək istəmirlər

Aprelin 27-dən 28-nə keçən gecə Ağdam rayonunun Əfətli kəndindəki "Qara inək" fermer təsərrüfatına düşən mərmilərin dağıntıları hələ də aradan qaldırılmayıb. Cins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib.

"Kompleksə, ümumilikdə 6 mərmi düşüb. Dam örtüyü bir neçə yerdən zədə alıb, sağım aparatı, tərəzi, bir çox texniki vasitə və avadanlıq sıradan çıxıb, hevanlardan bir neçəsi tələf olub. Fəaliyyətimizi davam etdiririk. Əvvəllər gündə 2,5-3 min litr süd sağılırdısa, həmin hadisədən sonra bu göstərici indi iki dəfə azalıb", — deyir F. Əhmədov.

Onun sözlərinə görə, ağır artilleriya atəşi heyvanlarda da psixolji travma yaradıb: "Göy guruldayanda, şimşək çaxanda heyvanlar qorxuya düşür. Əvvəllər belə deyildi. Görünür, bu hadisə inəklərə də təsirsiz ötüşməyib".

Xəbər lenti
0