QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mərmi və dolu döyən insanların həyatı

Abunə olmaq
Təmas xəttinə yaxın olan kəndlərin başı üzərinə apreldə mərmi, may-iyun aylarında isə dolu yağışı yağdı. Mülki əhali arasında ölən və yaralananlar oldu, yaşayış evləri, sosial obyektlər zərər çəkdi, cari ilin məhsulu üçün yetişdirilən əkinlərin çox hissəsi məhv oldu.

Ağdamın cəbhəyanı kəndlərindən birində günəmuzd işləyən qadınlar - Sputnik Azərbaycan
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Ağdam rayonunun Evoğlu kəndində yaşayan Şahbaz Abbasov bildirir ki, bu il torpaqdan qazanc gözləmir. Cəbhəboyu ərazilərdə əkinlərə siçovullar da ciddi zərər vurur. Bərdənin Köçərli kəndində yaşayan fermer Firudin Zeynalov hesab edir ki, bu yerlərə siçovulların kütləvi axınına məlum münaqişə səbəb olub.

Aprelin 27-dən 28-nə keçən gecə Ağdam rayonunun Əfətli kəndindəki "Qara inək" fermer təsərrüfatına düşən mərmilərin dağıntıları hələ də aradan qaldırılmayıb. Cins inəklər saxlanılan heyvandarlıq kompleksinin iş icraçısı Füzuli Əhmədov deyir ki, müəssisəyə milyon manatdan çox zərər dəyib.

Xəbər lenti
0