CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağlılar güllə yağışı altında çörək becərmək istəmirlər

© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüş bölgəsində yaşayan insanlar bu il müharibə təhlükəsi ilə yanaşı, təbiətin şıltaqlığı ilə də üz-üzə qaldılar. Bununla belə, insanlar dinc yaşamaq və çalışmaq üçün həm siyasətçilərə, həm də ermənilərə səslənirlər.

BAKI, 18 iyun—Sputnik. Ermənistan-Azərbaycan təmas xəttində atəş səsləri, qan, ölümlə dolu olan qorxulu aprel günləri arxada qalıb. Atəşkəsin pozulması halları diqqətəçarpacaq dərəcədə azalıb. Münaqişənin həlli istiqamətində nə qədər məsafə qət edildiyini bilmirik. Sadəcə bilmək istəyirik ki, apreldəki dörd günlük müharibədən sonra təmas xəttinə yaxın kəndlərdə yaşayan əhalinin güzəranı necədir? Onların həyatı öz axarına düşübmü? Bu suallara cavab axtarmaq üçün təmas xəttində yerləşən kəndlərə yollanırıq.

Yolumuzu Ağdam rayonunun ümumilikdə  4100 nəfər əhalinin yaşadığı, 8 kiçik kəndini birləşdirən Əfətli inzibati ərazi dairəsindən salırıq. Yol boyu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalaraq zərər görmüş, yaxud da bir hissəsi uçub-dağılmış evləri müşahidə edirik. Yollarda adamlar o qədər də gözə dəymir. Çünki hamı kənd təsərrüfatı işlərinə bağlanıb. Həm özləri, həm də heyvanları üçün qışa tədarük görürlər.  

Yerli icra nümayəndəsi Elmir Əliyevlə görüşüb hal-əhval tuturuq. O, mərmidən dağılmış evləri göstərərək deyir: “Gördüyünüz evlər aprel hadisələri zamanı yaşayış üçün yararsız hala düşüb. Onlardan 2-si sökülərək dövlət hesabına yenidən tikilib, 4-ündə bərpa-gücləndirmə işi aparılıb. Bundan başqa daha 42 ev təsərrüfatına dəymiş zərər qeydə alınıb. Ölkə başçısı söz verib ki, dövlət bu ziyanı aradan qaldıracaq.”

İcra nümayəndəsi məlum aprel günləri ilə bu günü müqayisə edərək deyir: “Müharibədən ən çox güllə altında qalan kəndlilər əziyyət çəkir. Apreldə hamı təşviş içərisində yaşayırdı. Hər an evimizə mərmi düşəcəyindən, yaxınlarımızı itirəcəyimizdən narahat idik. Silah səsləri artanda fəlakətin çox yaxında olduğunu hiss edirdik. Şükür ki, o günlər nisbətən arxada qalıb.”

Bununla belə, son günlər baş verən təbii fəlakətlər Əfətli camaatının ruzisinə bais olub. Doluvurma nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib. 

“Bu ilin məhsulunun, demək olar ki, 70 faizindən çoxu əldən çıxıb. Fövqəladə Hallar və İqtisadiyyat nazirliklərinin nümayəndələri gəlib əraziyə baxış keçiriblər. Hazırda dəymiş zərər hesablanır. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq olar. Əsas odur, insana heç nə olmasın”, — deyə Əliyev bildirib. 

© Photo : Azer AliyevCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
İndi Mahrızlı kəndinin səması necə də aydın və sakitdir - Sputnik Azərbaycan
1/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Yəqin ki, bu yerlərdə normal bir ev tikmək müharibədən sonra mümkün olacaq - Sputnik Azərbaycan
2/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir - Sputnik Azərbaycan
3/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Atışma səngidikdən sonra uşaqlarla da kəndin ətrafında sərbəst dolaşmaq olur - Sputnik Azərbaycan
4/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Buradan baxanda heç düşünmzsən ki, o ağaclardan o tərəfdə artıq döyüş bölgəsidir - Sputnik Azərbaycan
5/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
İndi heyvanlar da sərbəst otlaya bilirlər - Sputnik Azərbaycan
6/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Bu traktoru atəş altında bura gətirən qəhrəman adlana bilər - Sputnik Azərbaycan
7/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Bu texnikanı buralara gətirmək asan iş deyil - Sputnik Azərbaycan
8/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
© Photo : Afag AbbasliCəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
Məhsula diqqət ayırmasan, bəhrəsini görməzsən - Sputnik Azərbaycan
9/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
1/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
2/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
3/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
4/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
5/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
6/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
7/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
8/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.
9/9
Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir.

Əfətli kəndinin sakini Zöhrab Məmmədov isə evinin hələ 1992-ci ildəki hərbi əməliyyatlar zamanı qəzalı vəziyyətə düşdüyünü bildirir. 

“Altı nəfərdən ibarət ailəm son dərəcə təhlükəli evdə yaşayır. Tikili Bərpa Bürosunun qeydiyyatında da olub. Amma son siyahıyaalmadan kənarda qalıb. Güllə qabağında yaşayanın evi gərək daha etibarlı olsun. Ümidimizi müharibənin sonuna bağlamışıq. Yəqin apreldə baş verənlərdən hər kəs dərs götürəcək. Sülhə nail olunacaq və biz 90-cı illərdən əvvəlki rəvan həyatımıza qayıdacağıq. İnşallah, yəqin bizim evimizi onda təmir edərlər, ya da yenisini tikib verərlər”, deyə Məmmədov əlavə edir. 

O, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı üçün vacib dövr olan yaz-yay mövsümündə müharibənin baş verməsinin təsərrüfata da ciddi ziyan vurduğunu qeyd edir. 

“Atəşkəs tez-tez pozulanda camaat sahəyə çıxmağa risq eləmir. İndi torpağa toxum əkmişik, pis-yaxşı məhsul var. Son günlər aramsız yağan yağışlar, xüsusilə dolu əkinə xeyli ziyan vurdu. Amma qalan məhsulu batırmamağa çalışırıq. Dua edirik ki, kaş bu aralar sakitçilik olsun, heç olmasa məhsulumuzu yığaq”, deyə Məmmədov bildirir.

Kənd sakini Gülnarə Əliyeva isə deyir ki, onun ailəsindən şəhid olan var. “Amma bu o demək deyil ki, biz torpaqlarımızı güzəştə getməliyik. Əgər istəyirlərsə, iddialarından əl çəksinlər, sovet dövründə olduğu kimi mehriban yaşayaq, qaynayıb-qarışaq. Ordumuza haqq qazandırırıq, onun addımlarını dəstəkləyirik. Tək nigarançılığımız cavanlardan, uşaqlardandır. Onlara heç nə olmasın. Biz birtəhər dolanarıq.”

“Kəndlinin çörəyi torpaqdan çıxır. Əkib-becərməsək, məhsulumuzu satmasaq, ac qalarıq. Sözüm bu münaqişənin həlli ilə bağlı olan siyasətçilərədir: əlinizdən gələn hər şeyi edin ki, 5 günlük ömrümüzü adam kimi yaşayaq”, – deyə G.Əliyeva bildirir. 

Qoşunların təmas xəttinə yaxın olan Ağdamın Mahrızlı kəndində də həyat dinc axarına düşüb. Top mərmilərinin tala yaratdığı zəmilərdə sünbüllər başını yerə qoyub. Kənd sakini Fariz Əliyev deyir ki, hazırda atəşkəsin pozulması nadir hallarda olur. Sərhəd kəndləri sadəcə texnika qıtlığından əziyyət çəkir:

“Bu ilki əkinin bir hissəsini top mərmiləri, daha bir hissəsini dolu məhv etdi.  İndi də kombayn qıtlığı ilə üzləşmişik. Zəmi vaxtında biçilməyəndə, məhsulun bir hissəsi itkiyə gedir. Bu il 1 hektar sahədən cəmi 500 kiloqram buğda götürmüşəm. Bəzi adamların məhsulu tam batıb. Əvvəllər başqa yerdən kombaynçılar gəlirdi. Aprel hadisələrindən sonra onlar bu ərazilərə gəlməyə ehtiyat edirlər.”

Kənd sakini bu arada yumor hissini də işə salır: “Kombaynçıları başa salmaq lazımdır ki, indi ermənilərin də başı əkin-səpinə qarışıb, atmayacaqlar, qorxmayın!” 

Füzuli rayonunun təmas xəttində yerləşən Zobucuq qəsəbəsində də sakitçilikdir. Qəsəbə sakini Pənah Qasımov Sputnik-ə bildirib ki, hazırda əsasən ot yığımı və taxıl biçini ilə məşğuldurlar. Əgər yağışlar imkan versə, qış tədarükünü tamamlayacaqlar.

Qəsəbə sakini Əli Avdıyev isə atəşkəsin üstünlüyündən danışarkən deyib: “Dirriyi alaqdan təmizləyirik, mal-qara üçün ot yığırıq, heyvanlar çöldə otlayır. İndi ən vacib iş buğdanı yığmaqdır. Bizim xalq çörəyi sevəndir. Əgər onun çörəyi varsa, deməli, ona ölüm yoxdur”, – deyə Ə.Avdıyev bildirir.

Qarabağ kəndlilərinin aprel kampaniyasından sonra münaqişənin sülh yolu ilə həllinə ümidləri artıb. Düşünürlər ki, növbəti əkin-biçin mövsümünə qədər münaqişə öz ədalətli həllini tapacaq. Onlar da güllə yağışı altında çörək becərmək məcburiyyətində qalmayacaqlar.

Xəbər lenti
0