Ordu hərəkətə keçdi, əhaliyə küçələrə çıxmaq qadağan olundu

© Photo : akorda.kzAlma-ata. Xüsusi təyinatlı dəstə. Arxiv şəkli
Alma-ata. Xüsusi təyinatlı dəstə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda silah və hərbi sursatların qorunduğu yerlər xüsusi nəzarət altına alınıb. Silah mağazaları bağlanıb. Metrosunda ən yüksək səviyyədə təhlükəsizlik tədbirlərinə başlanıb.

BAKI, 18 iyul — Sputnik. Alma-atada naməlum şəxslərin polis idarələrinə və Milli Təhlükəsizlik Komitəsinin yerli bölmələrinə hücumu nəticəsində 4 nəfər ölüb. Hazırda şəhərdə ən yüksək terror təhlükəsi rejimi olan "qırmızı hərəkat" davam edir.

Qazaxıstanın Alma-Ata şəhərinin mərkəzində silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb - Sputnik Azərbaycan
Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir

Sputnik Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, güc strukturları hücumçulardan birini saxlayıblar, digəri isə axtarışdadır. Daha əvvəl yerli KİV şəhərin Almalı rayonu yaxınlığında yerləşən daxili işlər şöbəsində silahlı münaqişə barədə məlumat vermişdi. Şahidlərin sözlərinə görə, naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar.

Ölkənin Milli Təhlükəsizlik Komitəsi bildirib ki, cinayətkarlar təkcə polis idarələrinə deyil, milli təhlükəsizlik departamentlərinə də hücum ediblər. Atışmalar nəticəsində 3 polis əməkdaşı öldürülüb. Güc strukturlarının xeyli sayda əməkdaşı yaralanıb, onlardan 7-sinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

Daha sonra məlum olub ki, toqquşmada 4 nəfər ölüb. Onlardan biri cinayətkarı yaxalamaq istəyən xüsusi təyinatlıları daşıyan maşının sürücüsüdür. "Sürücü yaralanıb və vəfat edib", — deyə Qazaxıstanın Daxili İşlər Nazirliyi (DİN) bildirib.

İlkin informasiyalarda hücum edən şəxslərin 2 nəfər olduğu bildirilib. Onların hər ikisi silahlı olub. Alma-atanın terrorizmlə mübarizə üzrə operativ qərargahı xəbər verib ki, cinayətkarlardan biri yaxalanıb, digəri barədə axtarış elan edilib.

DİN-dən bildiriblər ki, saxlanılan şəxs ötən bazar günü şəhərdə bir qadının qətlində şübhəli bilinən şəxsdir. Terrorçunun şəxsiyyəti ilə bağlı başqa məlumatlar yoxdur.

Erməni polisi əməliyyat keçirir - Sputnik Azərbaycan
Ermənistanda 1 polis əməkdaşı öldürülüb, 2 polis yaralanıb

Qazaxıstan DİN iddia edib ki, yerli KİV şəhərdə baş verənlərlə bağlı öz xəbərləri ilə panika yaradıb. Jurnalistlərin məlumatına görə, Alma-Atadakı ticarət mərkəzlərindən birində cinayətkarlar bir neçə şəxsi girov götürüblər. Fövqəladə Hallar üzrə Departament bu barədə xəbərləri təkzib edib.

Hazırda Alma-Atada "qırmızı terror" davam edir. Güc strukturları sakinlərdən öz evlərini tərk etməməyi rica edib. Qazaxıstanın Müdafiə Nazirliyi isə bildirib ki, ordu gücləndirilmiş iş rejiminə keçib. Hərbçilər silah və hərbi sursatların qorunduğu yerləri xüsusi nəzarət altına aldıqlarını bildiriblər.

Alma-Atadakı silah mağazaları bağlanıb. Şəhər metrosunda təhlükəsizliklə bağlı xüsusi tədbirlər görülüb.

"Sərnişinlərin 100%-i yoxlanılır. Stansiyalarda daxili işlər orqanlarının bütün şəxsi heyəti növbə çəkir", — deyə Kazinform "Metropoliten"ə istinadla bildirib.

Xəbər lenti
0