Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir

© Photo : Anatoly UstinenkoQazaxıstanın Alma-Ata şəhərinin mərkəzində silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb
Qazaxıstanın Alma-Ata şəhərinin mərkəzində silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Təhlükəsizlik Komitəsi hücumun əsas hədəflərinin rayon polis idarələri və Qazaxıstan Milli Təhlükəsizlik departamentləri olduğunu bəyan edib

BAKI, 18 iyul — Sputnik. Qazaxıstanın Alma-Ata şəhərinin mərkəzində bir neçə polis şöbəsinə edilən silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb. Ölənlərin dəqiq sayı müəyyənləşdirilir.

Перестрелка в Актобе - Sputnik Azərbaycan
Qazaxıstanda terrorçuları yaxalayıblar

Sputnik Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin terrorizmlə mübarizə qərargahı xəbər verib. Daha əvvəl yerli KİV şəhərin Almalı rayonu yaxınlığında yerləşən daxili işlər şöbəsində silahlı münaqişə barədə məlumat vermişdi.

Məlumata görə, atışma nəticəsində ən azı bir polis əməkdaşı ölüb, bir neçəsi isə yaralanıb. Bildirilib ki, hücumlar bir neçə istiqamətdə təşkil edilib. Atışma Alma-Atanın bir sıra rayonlarında baş verib.

Alma-Atanın terrorizmlə mübarizə üzrə operativ qərargahı cinayətkarlardan birinin saxlanıldığını, digərləri haqqında isə axtarış elan edildiyini bildirib. Şəhərdə terrorun ən yüksək səviyyəsi hesab edilən "qırmızı terror"un baş verdiyi qeyd olunub.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi hücumun əsas hədəflərinin rayon polis idarələri və Qazaxıstan Milli Təhlükəsizlik departamentləri olduğunu bəyan edib. Qeyd olunur ki, 7 polis əməkdaşı xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.

Xəbər lenti
0