Qazaxıstanda terrorçuları yaxalayıblar

© Photo : STRПерестрелка в Актобе
Перестрелка в Актобе - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanın Aktobe şəhərində aparılan xüsusi əməliyyat nəticəsində axtarışda olan üç terrorist həbs olunub.

BAKI, 12 iyun-Sputnik. Qazaxıstanın Aktobe şəhərində aparılan xüsusi əməliyyat nəticəsində axtarışda olan üç terrorist həbs olunub.

Sputnik-in məlumatına görə, bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.

Məlumata görə, Kuanışbayev, Tanatarov və Akpanbetov həbs olunublar. Qaçmağa cəhd göstərən Akpanbetov ayağından yaralanıb.

Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində silah dükanına və hərbi hissəyə hücum edilib. Hücum nəticəsində ölən və yaralananlar olub. Daha sonra Qazaxıstanın bir neçə ərazisində analoji hadisələr qeydə alınıb. Əvvəl hücumçuların radikal dini təşkilatın üzvləri olduqları bildirilib. Daha sonra bu aktların hazırkı prezident Nursultan Nazarbayevin hakimiyyətinin devrilməsinə yönəlmiş aktlar olduğu, o şəxsləri dövlət çevrilişi etməyə cəhd göstərdikləri bildirilib.

Nazarbayev terrorçulara qarşı sərt önləyici tədbirlər görülməsini hökumətə tapşırıb.

Xəbər lenti
0