Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qətlə yetirilən generalın köməkçisi azadlığa buraxıldı

© Photo : azadliq.orgRail Rzayev, general-leytenant
Rail Rzayev, general-leytenant - Sputnik Azərbaycan
Abunə olmaq
General-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinə baxılıb

BAKI, 16 iyul — Sputnik. Qaradağ Rayon Məhkəməsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinə baxılıb. "Report"un məlumatına görə, məhkəmə ərizəni təmin edib.

Mais Bərxudarov - Sputnik Azərbaycan
Lələtəpənin azad olunmasında qəhrəmanlıq göstərən zabitə general rütbəsi verildi

A.Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Qərardan narazı qalan Bakı şəhər Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Rauf Əsgərov apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib. İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittihama aktına əsasən, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1-ci (mənimsəmə və ya israf etmə — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2-ci (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3-cü (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3-cü (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma, bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə — bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə — bu əməllər ağır nəticələrə səbəb olduqda), A.Haşımov 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma — şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.

Следственный изолятор. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Baş nazirin müavininin köməkçisi azadlığa buraxıldı

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, R.Rzayev 2009-cu il fevralın 11-də, evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Generalın qətlindən 7 il keçməsinə baxmayaraq, cinayət işinin açılması mümkün olmayıb.

Xəbər lenti
0