QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lələtəpənin azad olunmasında qəhrəmanlıq göstərən zabitə general rütbəsi verildi

© SputnikMais Bərxudarov
Mais Bərxudarov - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Baş Komandanın İlham Əliyev düşmənlə qarşıdurmada xüsusi şücaət göstərən Mais Bərxudarovu general-mayor rütbəsi ilə mükafatlandırıb: "Müzəffər ordunun yeni generalı, zəfərlərin davamını gözləyirk!"

BAKI, 21 apr — Sputnik. Aprel ayının 2-dən 5-nə kimi cəbhədə baş verən toqquşmalar zamanı xüsusi qəhrəmanlıq göstərən, Lələtəpə yüksəkliyinin azad olunmasında böyük əməyi olan Mais Bərxudarova general-mayor rütbəsi verilib. Sputnik xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev şəxsi "Facebook" səhifəsində məlumat verib.

"Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız. Ali Baş Komandan cənab İlham Əliyev, əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mais Bərxudarova dünən general-mayor rütbəsi verdi", —deyə deputat yazıb.

"Uğurlu- xeyrli olsun, müzəffər ordunun yeni generalı, zəfərlərin davamını gözləyirk!", —S. Alıyev qeyd edib.

Xəbər lenti
0