CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı Fransa liseyindən terror açıqlaması

© Photo : arxiv.azBakı Fransız Liseyi
Bakı Fransız Liseyi - Sputnik Azərbaycan
Abunə olmaq
Gülşən Nağızadə: "Bu haqda xəbəri alan zaman təşkilat olaraq hamımız şok keçirdik"

BAKI, 15 iyul — Sputnik. Dünən Fransada baş verən dəhşətli terror aktı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi etirazla qarşılanıb. Hadisəyə ölkəmizdə fəaliyyət göstərən fransız mərkəzləri də münasibət bildirib.

Fransa prezidenti Fransua Olland - Sputnik Azərbaycan
Fransa Prezidenti orduya əmr verdi: "Onların yuvalarına girəcəyik"

Bakı Fransız Liseyinin təhsil üzrə müşaviri Gülşən Nağızadə Sputnik-ə açıqlamasında baş verənləri belə xarakterizə edib: "Fransanın Nitsa şəhərində gerçəkləşən terror aktı hər kəsi hiddətləndirir. Bu, çox dəhşətli hadisədir. Çoxlu sayda günahsız insanın tələfatı bizi dərindən kədərləndirdi".

"Bu haqda xəbəri alan zaman təşkilat olaraq hamımız şok keçirdik. Artıq Fransa səfirliyinə başsağlığımızı bildirmişik. Həlak olanların ailələrinə, yaxınlarına, bütün Fransa xalqına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını arzu edirik. Biz terrorun bütün təzahürlərini qətiyyətlə pisləyirik. Terrorun bütün növlərinə qətiyyətlə yox deyirik", — G. Nağızadə bildirib.

Qeyd edək ki, dünən gecə Fransanın Nitsa şəhərində 84 nəfərin ölümü, 150-ə yaxın adamın yaralanması ilə nəticələnən terror aktı törədilib.

Xəbər lenti
0