Fransa Prezidenti orduya əmr verdi: "Onların yuvalarına girəcəyik"

© AFP 2024 / Kenzo TribouillardFransa prezidenti Fransua Olland
Fransa prezidenti Fransua Olland - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Hərbi əməliyyatlara 10 min əsgər cəlb olunub. Milli təhlükəsizlik konfransında xüsusi qərar qəbul olunacaq.

BAKI, 15 iyul — Sputnik. Fransada baş verən qanlı terrordan sonra, bu ölkədə fövqəladə vəziyyət rejimi 3 ay daha uzadılıb. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, bunu prezident Fransua Olland deyib.

Terror qurbanı olan balaca qız - Sputnik Azərbaycan
Fransanı qana boyayan terrorçunun kimliyi bəlli oldu

"Bastiliya qalasının alınması bayramı azadlıq bayramıdır və hücumların hədəfində bu dayanırdı. Yaralananlara kömək üçün hər cür imkanlar səfərbər edilib. Fransa yaralanıb, amma hər zaman güclü olacaq", — dövlət başçısı bildirib.

Olland qeyd edib ki, əməliyyatlar 10 min əsgərlə davam edəcək: "Sərhədlərin qorunması ilə bağlı tədbirlər görüləcək. Milli təhlükəsizlik konfransında yeni tədbirlər görəcəyik. Bizə hücum edənlərin yuvalarına girəcəyik".

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması" bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra avtomobildə olan naməlum şəxslər adamlara atəş açıblar.

Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasında 84 adamın həyatını itirdiyi, 150-yə yaxın insanın yaralandığı deyilir. Yaralılardan 18-nin vəziyyəti ağır olaraq qalır.

Xəbər lenti
0