BAKI, 18 fev — Sputnik. 18 fevral 2016-cı il saat 23:00-dan 19 fevral 2016-cı il saat 18:00-dək paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.
Bildirilir ki, həmin müddətdə Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.