BAKI, 26 yan — Sputnik.Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən "Yuğ" Dövlət Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, 2016-cı ilin fevral ayının 1-dən etibarən "YUĞ" Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək. Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq.