Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Övladlarımızı qoruyaq!

CC0 / janineberardi / babyEyvanda uşaqlar. Arxiv şəkli
Eyvanda uşaqlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azyaşlıların nəzarətsiz olmaları nəticəsində, yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri halları ciddi təşviş yaradır

BAKI, 13 iyul — Sputnik. Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində, yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

Syamozero gölündə axtarış-xilasetmə işləri - Sputnik Azərbaycan
RUSİYA
Rusiya yasda: 13 azyaşlı uşaq göldə batdı

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.

Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanmış və istintaq aparılır.

Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik.

Xəbər lenti
0