BAKI, 20 iyun — Sputnik. Dünən Rusiyanın Kareliya Respublikasında yerləşən Syamozero gölündə qayıq batıb. İçərisində 47 nəfərin olduğu qayığın fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.
Sputnik Ria-ya istinadən xəbər verir ki, bu barədə respublika rəhbəri Aleksandr Xudilayen məlumat verib. Prezident itkin düşən uşağın axtarışının davam etdiyini bildirib.