Spikerin sözlərinə görə, Xidaşeli ilə birlikdə tutduğu vəzifəni, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də tərk edəcək.
Məlum olduğu kimi, Xidaşeli və Zakareişvili "Respublika partiyası"nın üzvləridir və onlar seçkiqabağı kampaniyaya fəal şəkildə qoşulacaqlar. Oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə heç vaxt hakim "Gürcü arzusu" koalisiyasına qoşulmayan partiyalar müstəqil şəkildə gedəcək.
Usupaşvili qeyd edib ki, hər iki nazir bir neçə gün müddətində hər şeyi baş nazir və partiyalarla razılaşdırmalıdır. Onlar hazırda rəhbərlik etdikləri işləri başa çatdırıb fəal şəkildə partiya fəaliyyətinə qoşulacaqlar.
Qeyd edək ki, Usupaşvili və Xidaşeli həm ər-arvad, həm də "Respublika partiyası"nın liderləridir.