Prezident istefa verməyəcək

© REUTERS / Ueslei MarcelinoBraziliya prezidenti Dilma Rusef
Braziliya prezidenti Dilma Rusef - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliya prezidenti Dilma Rusef xuntaya təslim olmayacağını deyib.

BAKI, 9 iyul – Sputnik. Barəsində məhkəmə işi davam edən Braziliya prezidenti Dilma Rusef könüllü istefa verməyəcəyini açıqlayıb.

Sputnik RIA Novosti-yə istinadən xəbər verir ki, D.Rusef, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşü zamanı xuntaya təslim olmayacağını deyib: "Mən təslim olmayacağam, mənim şərəf və ləyaqətim var". 

Dilma Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Gələn ay senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur. 

Xəbər lenti
0