Azərbaycan ziyalılarının qənimi işdən atıldı

© Wikipedia / PUBLIC DOMAINMircəfər Bağırov və Lavrentiy Beriya. 1935-ci il
Mircəfər Bağırov və Lavrentiy Beriya. 1935-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardakı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi.

BAKI, 12 iyul-Sputnik. 12 iyul 1953 — Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

İdris Şeydayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük divanın şahidi: "Bacısı məhkəmədə Mircəfər Bağırovdan imtina etdi"

Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardakı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi. Bağırov 1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edilib, həmin ilin mayında güllələnib.

1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərar çıxarır. Həmin qərara 3 nəfər — SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir.

Bundan sonra M.Bağırovun fəaliyyətində 1937-1938-ci illər qara ləkə kimi iz buraxıb. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. həbs edilib və güllələnib. Bu repressiya təkcə onun deyil, həmin dövrdə SSRİ məkanında partiya, sovet və s. təşkilatlarda çalışanların əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır.

Bu işdə M.Bağırovun günahı olsa da, o, partiya əsgəri kimi Ümumittifaq KP MK və SSRİ hökumətinin göstərişlərini, tələblərini yerinə yetirib. Çünki o dövrdə "vətən xainləri", "əksinqilabçıları", "xariclə əlaqələri olanları" tapıb üzə çıxarmaq müttəfiq respublikalarda adi hal olmuş və plana çevrilmişdi.

Kəlbəcərli ustad Aşıq Xalıqverdi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Dedilər, Mircəfər Bağırov səsini oğurlayacaq, getmə..."

Yazıçı Ceyhun Hacıbəyliyə görə 1937-ci ilin oktyabr ayında keçirilən məhkəmələr Azərbaycan Sovet rəhbərliyinin təmizlənməsinin ən qızğın vaxtı idi. Bağırovdan başqa bir çox şəxs vəzifələrindən azad edilmiş və həbs edilmişdilər. Ceyhun bəy bildirir ki, sadəcə həqiqi milliyətçilər deyil, stalinizmin marksizimlə eyni olmadığını sübut edə biləcək marksist mütəfəkkirləri də aradan götürürdülər.

Beriya ilə yaxın dostluğu olduğu üçün Bağırovdan başqa demək olar ki bir çox köhnə bolşeviklər ortadan qaldırılmışdılar. Ceyhun bəyin yazdıqlarına görə o, Bağırovu Azərbaycandakı represiyalara görə günahkar hesab etmirdi, Ceyhun bəy onu Beriya ilə olan yaxın əlaqələrinə görə xilas olmuş potensial qurban kimi görürdü. Lakin Bağırov represiyanın təməlini hazırlayan partiya qurultaylarında və 1937-1938-ci illərdə keçirilən məhkəmələrdə öz rəqiblərini ləkələməkdən və onlara qarşı ittihamlar irəli sürməkdən geri çəkilmirdi.

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olub.

Xəbər lenti
0