CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İŞİD Azərbaycanda terror aktları planlaşdırıb - Türkiyədən xəbərdarlıq

© Sputnik / Mokhamad MarufİŞİD terrorçuları
İŞİD terrorçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların Azərbaycandakı əsas hədəflərinin polis əməkdaşları və onların ailə üzvləri olduğu bildirilir

BAKI, 11 iyul — Sputnik. Antiterror əməliyyatları nəticəsində Suriyada çətin vəziyyətə düşən İŞİD, Avropa və Türkiyədə yeni terror aktları planlaşdırıb. Sputnik xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb.

MQ-9 qırıcısı. Arxiv şəkli - Sputnik Azərbaycan
İŞİD-i bombalayan ABŞ qırıcısı vuruldu

Bildirilir ki, təşkilat bu məqsədlə öz terrorçularını Azərbaycan, Kipr və Gürcüstan üzərindən Avropaya göndərməyə başlayıb. Həmçinin, İŞİD-in son zamanlar azərbaycanlı və Şimali Qafqaz yaraqlıları vasitəsilə Türkiyə və Azərbaycanda terror həyata keçirməyi planlaşdırdıqları deyilir.

Məlumata görə, Türkiyə DİN iyun ayında bütün rayonlar üzrə polis idarələrinə göndərdiyi xəbərdarlıqda, azərbaycanlı və Qafqaz mənşəli terrorçularla bağlı xəbərdarlıq edib. Azərbaycandan və Şimali Qafqazdan olan terrorçuların Türkiyə və Azərbaycanda terror aktları planlaşdırdığı qeyd olunur.

O da vurğulanır ki, İŞİD terrorçularının Azərbaycandakı əsas hədəfləri polis əməkdaşları və onların ailə üzvləridir.

Xəbər lenti
0